Gündəm

Şəhidlər Xiyabanı üzərindən keçib, Ermənistanın yer aldığı hərbi ittifaqa qoşulmaq...
Rusiya nəzarətindəki hərbi birliyə - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanın üzvlüyündə maraqlıdır. Belə ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko "İzvestiya” nəşrinə müsahibəsi zamanı deyib ki, KTMT-nin qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün hər zaman açıq olmalıdır.

Onun sözlərinə görə, KTMT-yə üzvlüyə əngəl ola biləcək yeganə məqam təşkilatın nizamnaməsində iştirakçı ölkələr arasında diplomatik münasibətləri nəzərdə tutan bəzi maddələrdir ki, hazırda isə Ermənistanla Azərbaycan arasında belə münasibətlər mövcud deyil: "Biz ümid edirik ki, gec və ya tez bu, baş verəcək. Münasibətlər qurulandan sonra artıq məsələni praktiki səviyyədə qaldırmaq mümkün olacaq”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın KTMT-yə cəlb edilməsi məsələsi bir neçə dəfə rusiyalı ekspertlər tərəfindən gündəmə gətirilib. Bu dəfə isə məsələyə rəsmi Moskva tərəfindən reaksiya verildi. Təbii ki, tezliklə Azərbaycanın bu quruma üzv olması gözlənilmir. Çünki müharibə yeni bitib, hələlik Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı məsələlər həllini tapmayıb. Ən əsası isə münaqişəni bitirən yekun sülh yoxdur.

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanın xeyrimizə sayılmayan KTMT-yə üzv olması gələcəkdə istisna deyil. Əks fikirlər isə ondan ibarətdir ki, Azərbaycan Ordusunda yeni quruculuq işləri NATO standartlarına uyğunlaşdırılır. Bu səbəbdən də rəsmi Bakının KTMT-yə maraq göstərəcəyi inandırıcı deyil. Eyni zamanda, Azərbaycan ictimaiyyətində də ölkəmizin Rusiyanın çətiri altında olan hansısa təşkilatda təmsilçiliyi məqbul sayılmır.

Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc deyib ki, vaxtilə Azərbaycan KTMT-yə üzv olub:

- Bu üzvlük o qədər qısa olub ki, Azərbaycan ictimaiyyətinin yaddaşında özünə yer etməyib. Digər tərəfdən, təəssüf ki, həmin qurum ilk dövrdə keçmiş SSRİ-nin müttəfiq respublikalarının təhlükəsizliyinin qorunmasına müsbət töhfə verə bilmədi. Buna görə də regional və beynəlxalq platformada özünə nüfuz qazanmadı. Azərbaycan həmin vaxt nə təşkilatın yaradıcısı Rusiyadan, nə aktiv üzvlərdən olan Ukraynadan, nə də digər üzv ölkələrdən dəstək ala bildi. Həmin vaxt rəsmi Bakı KTMT-dən BMT çərçivəsində tanınmış ərazilərimizlə bağlı müəyyən obyektivlik gözləyirdi. Təəssüf ki, bu, baş vermədi. Ermənistan həmin dövrdə işğalçılığı davam etdirdi, həm də KTMT-nin çətiri altında idi. Azərbaycanın bir sıra iqtisadi, siyasi planları onların əli ilə əngəlləndi ki, bu da Azərbaycanı başqa alternativlərə üz tutmağa vadar etdi. Amma məşhur məsəldə deyildiyi kimi, "hər pisdə bir yaxşı var”. Bu illər ərzində Azərbaycan NATO ilə münasibətlərini müəyyən bir səviyyəyə qaldırdı, Qərb dövlətləri ilə iqtisadi əlaqələri genişləndi.

- Belə çıxır ki, vaxtilə KTMT-nin üzvləri səhv siyasətləri ilə Azərbaycanı təşkilatın sıralarından uzaqlaşdırıb. Yəni günah özlərində olub...

- Bir növ elə adlandırmaq olar. KTMT-nin əsas aparıcı ölkəsi Rusiya, onun siyasi elitası daha dərindən təhlillər apardı ki, Azərbaycanın bölgədə fərqli arxitektura, geopolitik siyasət yürütməsi onların mənafeyinə nə dərəcədə uyğundur. Daha sadə desək, Ermənistanın haqsız mövqeyini müdafiə etmək naminə Azərbaycanın üzərindən "xətt” çəkməyə dəyərdimi?! Yaxud da, Azərbaycanı iqtisadi, siyasi və hərbi cəhətdən təsir altında saxlamaq fayda verirmi?! Mənə elə gəlir ki, əslində Boris Yeltsinin Rusiya Prezidenti olduğu dövrdə bu sualların cavabı tapılmışdı. Amma onlar realist addımlar atmadılar. Sonrakı dövrdə isə Ermənistandan çağırışlar oldu, İrəvan Azərbaycanın KTMT-yə yolunu bağlayan qüvvə olduğunu deyərək bununla öyünürdü. Rusiyanın forpostu olmaq statusu Ermənistanı qane edirdi və onlar qətiyyən bundan narahat olmurdular ki, müstəqilliklərinə nə dərəcədə uyğundur. Baxmayaraq ki, Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistan NATO-nun müxtəlif proqramlarında iştirak edirdi. Yanlış xatırlamıramsa, Sarkisyan o dövrlərdə demişdi ki, NATO-nun mənzil qərargahına ona görə gedirlər ki, KTMT-nin müxtəlif planlarını, kəşfiyyat məqsədlərini icra edirlər. Buna bənzər fikir səsləndirmişdi.

- İndi vəziyyət dəyişib və Moskvadan üzvlüklə bağlı çağırış edilir. Azərbaycanın vaxtilə uzaqlaşdığı təşkilata yenidən üz tutması nə dərəcədə realdır?

- Azərbaycan özünün xarici siyasət doktrinasında NATO ilə yaxşı münasibətlər, Qərblə iqtisadi-siyasi əlaqələr, Türkiyə ilə bütün məsələlərdə, eləcə də ikitərəfli hərbi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi xəttini seçdi. Zaman göstərdi ki, 2009-cu ildə Strateji Tərəfdaşlıq Şurasının yaranması fonunda Türkiyə ilə birgə ordu quruculuğu modeli 2020-ci ildə müsbət nəticələrini verdi. Amma onu da unutmayaq ki, Azərbaycan 2015-16-cı illərdən sonra hərbi alyanslarda iştirak etməmə mövqeyini daha çox önə çıxardı - Qoşulmama Hərəkatına üzv oldu. Təsadüfi deyil ki, sadə dillə desək, Ukraynanın yaxasından tutub onu Avropa Birliyinə, NATO sıralarına çəkmək istəyən qüvvələr onun ərazisinin 20 faizinin itirilməsində rol oynadılar. Faktiki olaraq, Ukraynanın ərazi itkiləri geopolitik inqilab ssenarisi əsasında baş verdi. O cümlədən Gürcüstanı da misal göstərmək olar. Zaman sübut etdi ki, Azərbaycanın qoşulmama xətti düzgün strateji seçimdir. Xüsusilə, Rusiya özünün maraqlarına təhlükə gördüyü anda addımlar atırdı və bu, faktiki olaraq keçmiş müttəfiq ölkələr üçün problemlər yaradırdı. Sual daha çox belə qoyulmalıdır: Azərbaycan ərazi bütövlüyü təmin olunandan sonra KTMT sıralarına qoşularmı-qoşulmazmı?

Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Biz mütləq şəkildə "müharibə bitdi” deyəcəyik ki, həqiqətən də ölkəmizin ərazisinə hər hansı iddia olmayacağı rəsmi olaraq bildiriləcək. İkincisi, bu, MDB-yə daxil olan ölkələrin hər biri tərəfindən rəsmi qaydada təsbitini tapacaq. Üçüncüsü, Azərbaycanla diplomatik tanınma üçün müəyyən addımlara imkan olmalıdır. Unutmaq olmaz ki, uzun illər ermənilər işğalçılığını davam etdirib. Erməni vandalizminin əyani sübutunu ərazilərimizdə görürük. Eyni zamanda, Şəhidlər Xiyabanı üzərindən keçib, Ermənistanın yer aldığı bir hərbi ittifaqda təmsilçiliyimiz adekvat qarşılanmaz.

- Elə bu məsələni soruşacaqdım. Məlumdur ki, Azərbaycan xalqının Ermənistana və onun təmsil olunduğu KTMT-yə, həmçinin Rusiyaya münasibəti isti deyil...

- "Adekvat qarşılanmaz” dedikdə bunu nəzərdə tuturdum. Xalqımız buna mütləq şəkildə mənfi yanaşacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, ermənilərin törətdiyi vəhşiliklər göz önündədir. Eyni zamanda, ölkəmizin yerləşdiyi coğrafi bölgə bizə imkan verir ki, müstəqil xarici siyasət kursu yürüdək. Azərbaycanın NATO-ya daxil olması, yaxud da KTMT-də yer alması üstünlükləri və mənfi cəhətləri hesablanmalıdır. Əgər Azərbaycan hansısa dövlətə savaş elan etmirsə, qonşu ölkələrə ərazi iddiamız yoxdursa, Vətən müharibəsindən sonra İran və Rusiya ilə yeni formatda əlaqələrimizi inkişaf etdirmək istəyiriksə, Türkiyə də bölgəyə gəlib Rusiya ilə Birgə Monitorinq Mərkəzində yer alıbsa, əksinə, biz yeni alternativlərin bərqərar olunmasına çalışmalıyıq. Azərbaycan müharibənin qalib tərəfi kimi strateji konsepsiyalar, doktrinalar həyata keçirə bilər. Buna real mənəvi-siyasi haqqımız var.

Əlbəttə, Rusiya XİN başçısının KTMT ilə bağlı açıqlaması siyasi mövqedir. Amma Azərbaycanın indi özünün daha dayanıqlı, daha güclü zamanında atacağı addımlar hesablanmış olmalıdır. Bu, həm də Türkiyə-Azərbaycan birgə maraqlarını ödəməlidir. Həmçinin, bütün hallarda Ermənsitan Azərbaycan üçün təhlükə amili olaraq tam sıfırlanmalıdır. Bundan sonra rəsmi Bakı strategiyasına baxa, təhlükəsizlik konsepsiyamıza, hərbi doktrinamıza göz gəzdirilə bilər. İndi isə cənab Prezidentin siyasi xətti daha çox müstəqil siyasət üzərindədir. Məncə, bu siyasət hər bir ittifaqla bərabər məsafədə dayanmağı, heç kimə təhlükə törətmədən sülhü, tərəfdaşlığı stimullaşdırır.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər