Gündəm

Qazi Rəsul Hüseynlinin Vətən müharibəsinin ildönümündə ötən ildən bu yana yaşadıqları haqda yazdıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aidiyyəti qurumlardan şikayətçi olan R. Hüseynli çətin şəraitdə olan yaşayışı, problemləri ilə bağlı "365 gün" adı altında paylaşım edib. Onun sözlərinə görə, bu 365 gündə dərman almaqda, ailəsini dolandırmaqda ona dostları yardım edib.

"MUMtv.az"  “Qafqazinfo”ya istinadən  xəbər verir ki, qazi bununla bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb: “Səhhətimdəki problemlər, gərginlik, əsəb stress. Müalicə üçün pul... Dostlar sağ olsun, idarə edirlər. Öz şəxsi mağazamın bağlanmasına görə işsizlik, maddi vəziyyətin çətinliyi... Dostlar sağ olsun, idarə edirlər. Müharibəyə getdiyim gündən gələn günə kimi heç kim evimlə maraqlanmadı. Dostlar sağ olsun, evin kirayəsindən kommunal xərclərə kimi ödədilər”.

Qazi həmçinin qeyd edib ki, “YAŞAT” Fonduna müraciət etsə də, ona köməklik olunmayıb: "Bir dəfə 2500 manatlıq məişət şəraitinin yaxşılaşdırması üçün müraciət etmişəm. Dedilər büdcəmiz məhduddur. İkinci dəfə dərmanlar üçün müraciət etmişəm. Dərmanların ümumi dəyəri 72 manat idi. Dedilər 72 manatlıq dərmanı sənə alsaq, səndən də ağır qazilərimizə pul çatmayacaq. Dedim ki, onda 80 manat veteran pulumuzu verin, özüm alım, ya da siz dərmanı alın sonra mən sizə pulu ödəyərəm. Dedilər ki, bizdə nisyə dəftəri yoxdur...”

Sözügedən problemlə bağlı “YAŞAT” Fonduna sorğu ilə müraciət etdik. Fonddan “Qafqazinfo”ya qazinin müraciət etdiyini təsdiqlədilər. Lakin müvafiq sənədlərin olmaması səbəbindən ona köməklik etməyin mümkün olmadığı bildirildi: “Qazimiz Hüseynli Rəsul Hüseyn oğlunun 2021-ci ilin oktyabr ayı ərzində Fondun çağrı mərkəzinə zəngi daxil olub, Fond tərəfindən ona yardım edilməsi barədə istəyini bildirib. Lakin xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alındığını təsdiq edən zəruri sənədlərinin (əlilliyin təyin olunmasına dair çıxarış; hərbi həkim komissiyasının qərarı əsasında verilmiş əlilliyin təyin olunmasına əsas verən xəstəlik haqqında şəhadətnamə) olmadığını bildirib. “YAŞAT” Fondunun subyektləri şəhid ailə üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər olduğundan ona zəruri sənədləri təqdim edəcəyi təqdirdə yardım edilə biləcəyi izah olunub”.



Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər