Gündəm

Bir dəfə də olsun icra başçısı onu qəbul etməyib... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
 
 
 
 
 
 
 
 
 
 

 

Ağstafa sakini Eşqin Əliyev İkinci Qarabağ Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə yaralanıb. Döyüşdən kəllə-beyin travması və bədənindəki çoxlu qəlpələrlə qayıdıb. Əvvəllər Mərkəzi Hospitalda müalicə alıb. DİA.AZ xəbər verir ki, hazırda da ayda bir dəfə Mərkəzi Hospitala gedir, ona müalicələr təyin olunur, lakin keçmiş döyüşçü imkansızlıq üzündən müalicələrini davam etdirə bilmir:
"Orda yalnız müayinə olunuram, resept yazılır, göndərirlər evə, deyirlər, müalicəni özün et. Mənim də imkanım yoxdur. Verdikləri reseptləri gətirib atıram evə... Hər gün üstümə təcili yardım gəlir, xəstəxanaları gəzdirirlər. Ağrıdan başımı divara vururam, qışqırıram, ağlayıram, əsəblərim pozulub, psixologiyam pozulub. Müharibə bitdi, dağılışdıq, hamı evinə kontuziyayla, bir yığın dərdlə qayıtdı, bir psixoloq qapını döymədi ki, mənim psixoloji sarsıntılarım azalsın. Biganə münasibət məni hər gün öldürür”.
Eşqin Əliyevin 30 yaşı var. Müharibəyədək fəhləliklə məşğul imiş. İndi sağlamlığı işləməyə də imkan vermir. Üstəlik də ailə, məişət qayğıları onu sıxır:
"Ailəliyəm, azyaşlı qızım var, heç bir maddi tələbatını ödəyə bilmirəm. Bir qardaşım var, o da ailəlidir, xəstədir, valideynlərim xəstədir, imkansızlıqdan anamı da müalicə etdirə bilmirdik, dayılarım Rusiyadan gəldi, götürüb apardılar yanlarına ki, müalicə etdirsinlər. Yaşadığım ev bərbad vəziyyətdədir. Dərdimi kimə deyim, bilmirəm”.
Eşqin Əliyev əslində dərdini deməyə bəzi ünvanlara üz tutur, ancaq qapılar üzünə bağlıdır. Onun sözlərinə görə, müharibədən sonra dəfələrlə Ağstafa Rayon İcra Hakimiyyətinə gedib, icra hakimiyyətinin başçısıyla görüşmək istəyib, ancaq deyir, bir dəfə də olsun icra başçısı onu qəbul etməyib.

"Hər dəfə bir bəhanəylə qapıdan geri qaytarırlar, başçının yanına buraxmırlar. 15 gündür ki, ora da getmirəm. Bu boyda rayonun başçısı olan bəndə bir dəfə demir ki, mənim ərazimdə Şuşa döyüşçüsü, qazi var, bir görüm niyə gəlib, nə dərdi var... Evin çörək gətirəni mən idim, bütün qayğılar mənim üstümdə idi. Müharibəyə gedəndən valideynlərim kommunal borcları ödəyə bilməyiblər. O vaxtdan indiyə 500 manatadək qazpulu yığılıb. 60 manat işıqpulu borcumuz var. Hər gün işıq, qaz idarələrindən gəlirlər, işığı, qazı kəsməklə hədələyirlər. "Şuşanı aldıq, Qarabağı azad etdik” deyib qürurlanırlar, ancaq Şuşanı, Qarabağı alan oğlanlar sürünürlər, orda canını, gəncliyini, sağlamlığını itirənlərə sayğı deyilən şey yoxdur”, - qazi gileylənib.
Eşqin Əliyev deyir ki, müharibədən qayıdandan sonra ailəsinə cəmi üç dəfə ərzaq yardımı olunub. Ərzaq bağlaması bir dəfə Heydər Əliyev Fondu, bir dəfə Ağstafa Rayon İcra Hakimiyyəti, bir dəfə isə hansısa şirkətdən gəlib. Ancaq qazi deyir, onun dərdi yemək yox, sağlamlığıyla bağlıdır. O, əsaslı müalicə olunmaq istəyir ki, yaşasın, çalışsın, ailəsinin yanında olsun...

Son xəbərlər

Respublika Xəstəxanasından rüşvət görüntüləri – XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”... / VİDEO

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi Münhendə təqdim olundu

Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb

Zaur Hüseynov yola salınır – Yerinə sürpriz namizəd var

Bakıda NATO-nun təlim kursu keçirildi

Tovuzun İcra başçısı Məmməd Məmmədov həm də belə qazanır

Bu müəllimlər attestasiyaya cəlb ediləcəklər

Ukraynada "prezident" yumurtaları satışa çıxarılıb

“Bakı Tikiş Evi” gömrük qaydalarını pozur

Gizlicə valyuta alveri edənlərlə bağlı qərar verildi

Kolorado ştatında soydaşlarımız yeni diaspor təşkilatı yaradıb

Zərifliyi və sərvəti təmsil edən ilan 2025-ci ildə nə demək istəyir?

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

Qayıdış hüququna həsr olunmuş konfransın yekun sənədi qəbul edildi

Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

İlham Əliyev finlandiyalı həmkarını təbrik etdi

Uğurlu insanların işdə müntəzəm istifadə etdiyi 3 güclü ifadə

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlandı

Alimlər yaş artdıqca xərçəng riskinin niyə azala biləcəyini izah etdi

Ət niyə bahalaşır? - VİDEO

"Ermənistan düşmənçilik səhifəsini bağlamağa hazırdır" - Mirzoyan

Qəhvə ürək sağlamlığına necə təsir edir?

VƏTƏNin oğlu - Onlar Allah dərgahında diridirlər

Aİ-dən Gürcüstanla vizasız rejimin dayandırılması tələb edildi

İmişli yollarının əvəzedilməz təmirçisi "Orion-E" şirkəti kimindir?

Suriya ordusu Həma şəhərindən geri çəkildi

Araşdırsınlar: 100 milyondan çox pulu O ÇIXARIB... - İLGİNC

"Qərbi Azərbaycana qayıdış strateji hədəflərdən biridir" - Millət vəkili

"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edildi

ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

Bu məşhurlarımız qohum imiş

Gölməçəylə əhatə olunmuş internat məktəbi - VİDEO

Bütün xəbərlər