Gündəm

"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

MUMtv.az: - Daha bir Vətən müharibəsi qazisi, Hacıqabul rayonu Kolanı kənd sakini, 21 yaşlı Məmmədzadə Adəmin köməyə ehtiyacı var.


"Qafqazinfo”ya müraciət edən A. Məmmədzadə bildirib ki, oktyabrın 15-də Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə ayaqları, qolu və qarnından yaralanıb:


"Qolum və qarnım sağalıb. Ancaq 11 dəfə əməliyyat olunmağıma baxmayaraq ayaqlarım 8 aydır ki, sağalmır. Oktyabrdan fevral ayına qədər hərbi hospitalda yatmışam. Apreldə isə Travmatologiya İnstitutunda əməliyyat olunmuşam. Neçə aydır ki, həkimlər mənim dərdimi tapa bilmir. YAŞAT Fonduna iki dəfə müraciət etmişik. Onlar iki dəfə məni xəstəxanada yatırıblar. Amma buradakı həkimlər də çarə tapmadığına görə istəyirəm ki, məni Türkiyəyə müalicəyə göndərsinlər. "Papanin” hospitalı bizə kağız vermir ki, əlillik üçün müraciət edək. Elə deyirlər ki, sağalacaq, ancaq heç bir irəliləyiş yoxdur. Evdə tək işləyən anamdır. Atam karantinə görə Rusiyada qalıb, işləri də dayanıb. Bacım universitetdə oxuyur, təhsil haqqının da vaxtı gəlib çatıb, ödəyə bilmirik. Pul olanda dərman alırıq, olmayanda isə yox. Anam da bu günlərdə əməliyyat olunmalıdır”.


"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Qazinin anası İradə Məmmədovanın saytımıza bildirdiyinə görə, bu müddət ərzində Hacıqabul Rayon İcra Hakimiyyətindən onlarla maraqlanan olmayıb:


"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

"Balaca bir rayondur. Bu rayonun icra başçısı bilmir ki, nə qədər şəhid, nə qədər qazi var?! Bircə dəfə niyə maraqlanmırlar? Gərək biz müraciət edək? Halbuki bu qədər əməliyyat keçirmiş bir qaziyə baş çəkmək, ona mənəvi də olsa dəstək göstərmək olar. Oğlumuz "Cəsur döyüşçü” medalı ilə təltif edilib. Medalı da hələ verilməyib. Oğlum könüllü şəkildə müharibəyə getmişdi. O, bu dövlətin əsgəridir. Valideyn olaraq mən bu gün varam, sabah yoxam. Bu uşaq belə halda özünə necə gələcək qura bilər?!”


Hacıqabul Rayon İcra Hakimiyyətindən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Gülmirzə Süleymanov "Qafqazinfo”ya bildirib ki, Adəm Məmmədzadə iki dəfə Bakı Sağlamlıq Mərkəzində, bir dəfə "Medera” klinikasında və Hərbi Hospitalda müalicə olunub:


"Onunla bağlı yenidən YAŞAT Fonduna müraciət etmişik. Qısa müddət ərzində həmin qaziylə yenidən əlaqə saxlanılaraq kömək ediləcək. Biz Vətən müharibəsi iştirakçılarının hamısına baş çəkirik, problemləri ilə maraqlanırıq. Adəm Məmmədzadəyə də keçən il baş çəkmişik, bu gün də gedib vəziyyəti ilə maraqlanacağam”.


YAŞAT Fondundan saytımıza deyilib ki, sözügedən qazinin vəziyyətindən məlumatlıdırlar: "Bu barədə həkimlərə müraciət olunub. Onların rəyini gözləyirik. Həkimlər həmin qazinin ölkə daxilində müalicəsinin mümkün olmadığı barədə rəy verdiyi halda, YAŞAT Fondu onun xaricdə müalicə olunması üçün xərclərini qarşılamağa hazırdır”.//Qafqazinfo

"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

 

"İcra Hakimiyyətindən maraqlanmırlar, gərək biz müraciət edək?" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

 


Son xəbərlər

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? - "Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

"Dövlət qurumlarının "ötür-ötür" oyunları böyük narazılıq yaradır"- Sakinlər Prezidentə müraciət etdilər

Milli Onkologiya Mərkəzinin 50 minlik tenderi ləğv olundu

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi

Bütün xəbərlər