Gündəm

“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm" - FOTO

 


 

Mumtv.az: - Vətən müharibəsinin igid döyüşçülərindən biri də 1999-cu il təvəllüdlü qazi Rəsulov Elşad Əlimurad oğludur. Qəhrəmanımız müharibənin ilk günlərindən ön cəbhədə silah yoldaşları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşüb.

Ağır yaralanan hərbçilərimizdən olan E.Rəsulov Qusar rayonunda anadan olub. Ailənin tək övladı olan E.Rəsulov ötən il sentyabrın 27-dən etibarən ön cəbhədə olub:

"Sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. İlk olaraq təyinat üzrə Füzuli rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Silah yoldaşlarımla birlikdə bizə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişik”.

 

E.Rəsulov hər iki qolundan ağır güllə yarası aldığından döyüş meydanından çıxarılıb:

"Düşmən tərəfindən atılan atəş nəticəsində güllə sol qolumdan girib sağ qolumu da zədələyərək çıxıb. Oktyabrın 26-da yaralandım və təcili olaraq hospitala yerləşdirildim. Hər iki qolum ağır vəziyyətdə idi. Bakıdakı həkimlər əllərindən gələni edirdilər”.

Qeyd edim ki, E.Rəsulov "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazimizdən biri olub.

Özünün də sözlərinə görə, "YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə sağalaraq Vətənə geri dönüb:

"Bakıda təyin edilən üç aylıq müalicələrdən sonra mən də digər qazilərlə birlikdə Türkiyəyə 3 aylıq müalicəyə göndərildim. Müalicələr nəticəsində mənim sol qolumu nisbətən işlək vəziyyətə gətirildi. Lakin sağ qolumda sinirlər zədələndiyi üçün onun fəaliyyətini bərpa etmək mümkün olmayacaq. Ali Baş Komandanın tapşırığı ilə bizə göstərilən diqqət və qayğıya görə təşəkkür edirik. Müharibə boyu yanımızda olan xalqımız bu gün də öz hərbçisini, qazisini unutmur. Vətən sağ olsun”.//oxu.az

 

“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm" - FOTO


 

“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm" - FOTO

 


“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm" - FOTO

 


“YAŞAT” Fondunun dəstəyi ilə müalicə alan qazimiz: "Artıq sol qolumu işlədə bilirəm" - FOTO

 


 


Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər