Gündəm

Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
MUMtv.az: - Bir şəhid düşünün, evinin qarşısında dəfn edilib. Onun ana-atasını düşünün, hər dəfə evindən çıxmaq üçün qapısını açanda yeganə övladının şəhid məzarı ilə, o qəbir üzərindəki başdaşıdan boylanan gözlərlə üz-üzə gəlir.

Evində oturarkən pəncərədən şəhid oğlunun məzarı başında dalğalanan bayrağı izləyir. Bunlar hər gün, hər saat, hər dəqiqə Lerikin ucqar Mistan kəndində Vətən Müharibəsi şəhidi Çingiz Babayevin boya-başa çatdığı evdə baş verir.

"Qafqazinfo”nun əməkdaşları Ç.Babayevin valideynləri – Sevinc və Sulduz Babayevlərin yaşadığı evə baş çəkiblər.

Ailə ilə söhbət edərkən öyrənirik ki, onlar yeganə övladları Çingizi çətinliklə böyüdüblər. Qəhrəmanımız əziyyətlə təhsil alıb, 8-9 kilometr yolu piyada gedərək qonşu kənddə tam orta məktəbi bitirib. Bakıda kolleclərdən birinə daxil olsa da, bir il oxuyandan sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Vətən Müharibəsi başlayarkən ilk gündən Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Çingiz döyüş zamanı yaralanan hərbçi yoldaşını xilas etmək üçün öz bronjiletini çıxararaq ona geyindirib və onun yarasını sarıyarkən yaxınlığa düşən qəlpə zərbəsindən şəhid olub. Onun canı bahasına xilas etdiyi hərbçi indi qazidir...



Döyüşdə olarkən anasından iki istəyi olur: Şəhid olduqdan sonra başdaşına şeir yazılması, bir də tələbə yoldaşına Çingizin onu sevdiyi xəbərini çatdırmaları. Şəhidlik zirvəsinə ucalandan sonra anası bu xəbəri həmin qıza çatdırır və Çingiz ölümündən sonra sevgi etirafı etmiş olur.

Çingiz Babayevin şəhidliyindən sonra Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən əmisi oğlu da könüllü olaraq döyüşlərə yollanır. İlk gündən Çingizin qisasını alacağına söz verən hərbçi Şuşanın işğaldan azad edilməsi əməliyyatında da iştirak edir ("Şuşanın azad edilməsi” və "Rəşadət” ordenləri ilə təltif edilib) və şəhərdə binalardan birinin üzərinə "Çingiz Mistan” sözlərini yazır.

Çingiz Babayev ölümündən sonra "Vətən uğrunda” və "Laçının azad edilməsinə görə” medalları ilə mükafatlandırılıb.

Çingizin anası Sevinc xanım epilepsiya xəstəsidir, atası Sulduzun isə anadangəlmə psixoloji problemləri var. Yeganə oğullarını itirəndən sonra ailənin çətinlikləri lap artıb. S Babayeva deyir ki, hər dəfə övladlarının məzarını gördükcə yaşamaq onun üçün daha da çətinləşir: "Xəstəyəm, daha da ağırlaşıram. Özümdən gedirəm, yoldaşım da xəstədir, mənə kömək edə bilmir. Çingiz artıq təkcə bizim yox, elindir, Vətənindir. Əgər bizə başqa bir yerdə yaşamağa ev verilsə, bəlkə də bizim üçün, Çingizin xəstə atası üçün daha yaxşı olar”.

Sulduz Babayev də hər gün oğlunun məzarı ilə üzbəüz qalmaqlarının onların səhhətinə ağır təsir etdiyini deyir.

Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...
Lerikdə Şəhidimizin Ailəsi BU ŞƏRAİTDƏ YAŞAYIR...

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər