Gündəm

"Azərbaycan öz sülhməramlılarını Əfqanıstandan geri çəkəcək" - AÇIQLAMA
 
MUMtv.az: - "Bundan sonra Əfqanıstanda sülhməramlı missiyyasına ehtiyac yoxdur. Azərbaycan hərbçiləri də NATO üzvü olan Türkiyəyə dəstək vermək üçün oradadır. Təxliyə prosesindən sonra "Taliban" yenə öz təzyiq və bəyanatlarını bildirəcəksə, əlbəttə Azərbaycan da öz sülhməramlılarını geri çəkəcək. Çünki "Taliban" bir terror təşkilatıdır. Onların hansı addımı atacağı müəmmalı olaraq qalır. 
Şübhəsiz ki, Türk əsgərinin orada qalması onların maraqlarına cavab verir. Amma Türkiyə hərbçiləri Əfqanıstandan çıxacaqsa, Azərbaycan sülhməramlıları da oranı tərk edəcək". 

Bu sözləri Unikal.org-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Azərbaycan sülhməramlılarının Əfqanıstandakı missiyasının nə zaman bitəcəyini şərh edərkən deyib. 

Milli Cəbhə Partiyasının sədr müavini onu da bildirib ki, "Taliban" siyasətinin əsasını ölkəni tam nəzarətə götürüb istədikləri kimi hakimiyyət qurmaq təşkil edir. Bunun üçün onlar heç bir xarici ölkə hərbçilərinin Əfqanıstanda qalmasını istəmir:

""Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlib ölkəni "Əfqanıstan İslam Əmirliyi" elan etməsi və xarici ölkə qoşunlarının ölkə ərazisindən çıxarılması onların strategiyasının əsasını təşkil edir. Onların əsas siyasəti ölkə daxilində heç bir xarici hərbçinin olmamasıdır. 

Bir çox NATO ölkələri öz hərbçilərini Əfqanıstandan çıxarıb. Hazırda Türkiyə sülhməramlıları Kabil aeroportunda təhlükəsizliyi təmin edirlər. Həmçinin Azərbaycan hərbçiləri də. 

Artıq "Taliban" Türk hərbçilərinin də ölkədən çıxarılmasını tələb edir. Lakin bu proses bir az ləngiyə bilər. Çünki hələ ki, təxliyə prosesi gedir. Düşünürəm ki, aparılan danışıqlar əsasında bu məsələ də öz müsbət həllini tapacaq. Türkiyə hərbçiləri hələ hava limanında təxliyə prosesini həyata keçirəcək". 
"Azərbaycan öz sülhməramlılarını Əfqanıstandan geri çəkəcək" - AÇIQLAMA


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər