Siyasət
Siyasət
Son sutkada Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana gəlib
Rusiya sülhməramlılarını daşıyan daha 22 təyyarə İrəvana enib.
Mumtv.az bildirir ki, İl-76 və An-124 təyyarələri ilə sutka ərzində 22 reyslə Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika göndərilib.
"Sutka ərzində Ulyanovsk-Vostoçnıy aerodromundan İl-76 və An-124 təyyarələri ilə 22 reys həyata keçirilib. Ermənistana zirehli transportyorlar, yük avtomobilləri, sisternli avtomobillər, ekskavatorlar və digər texnikalar daşınıb”, - deyə qeyd olunub.
(Apa.az)