Gündəm


MUMtv.az: - "Biz strateji tərəfdaşlarımızla səmimi olduğumuz üçün istəyirik ki, Azərbaycana qarşı da səmimiyyət olsun. Amma təəssüf ki, bir sıra hallarda bunu görmürük. Elə "İsgəndər-M” raketinin atılması məsələsinin özündə də vəziyyət belədir. Bizə verilən cavabın qaneedici olmasını istəyirik. Sualı necə qoymuşuqsa, elə də cavab verilməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Millət vəkili Rusiya Müdafiə Nazirliyinin göndərdiyi cavab məktubunun Azərbaycanı qane edə bilməyəcəyini diqqətə çatdırıb:

"Biz tamamilə başqa sual qoymuşuq, onlar isə fərqli cavab göndərib. Hər halda biz hazırda da bu məsələyə aydınlıq gətirəcək bir cavab gözləyirik. Ötən gün Prezident İlham Əliyev Hacıqabulda olarkən çox açıq surətdə bildirdi ki, bizim xalqdan gizlədəcəyimiz heç bir şey yoxdur və bunu açıq şəkildə xalqa deməliyik. Doğrudan da, biz bilmək istəyirik ki, "İsgəndər-M” raketləri Ermənistanda necə peyda olub? Çünki bu raketlər eksporta getmir, yəni xarici ölkələrə satılmır, Rusiyanın özü üçündür. Xaricə satılan yalnız "İsgəndər-E” raketləridir. Şuşa ərazisində tapılan raketlər isə "İsgəndər-M”dir. Cənab Prezident bütün dövlətlərlə münasibətlərdə Azərbaycan siyasətinin həmişə səmimi olduğunu qeyd edir. Həqiqətən də, möhtərəm Prezident siyasətində həmişə səmimi olub”.

Deputat sülhməramlıların Qarabağdakı fəaliyyətindən də söhbət açıb. Qeyd edib ki, onların funksiyaları mediada çox şişirdilir:

"Bəyanatda birmənalı olaraq yazılıb ki, sülhməramlılar beş il müddətinə Azərbaycan torpaqlarına gəlib və bu müddət ərzində Qarabağda sülh yaratmaq fəaliyyəti ilə məşğul olacaqlar. Onu da deyim ki, bəzən mətbuat orqanlarında, "Sülhməramlıların nəzarət etdiyi yer” və sair kimi ifadələr işlədilir. Bu ifadələrdən qaçmaq lazımdır. Sülhməramlılar oraya yalnız ona görə yerləşdirilib ki, sülhün bərpa edilməsində öz töhvələrini versinlər. Yoxsa sülhməramlı qüvvələr orada harasa nəzarət etmirlər, onların heç bir nəzarət funksiyası yoxdur. Həmçinin səlahiyyətləri olmadığı üçün hansısa inzibati funksiyanı da icra etmirlər. Ona görə də xahiş edirəm ki, jurnalist dostlarımız bu məsələlərdə diqqətli olsun. Onların funksiyaları o qədər də şişirdilməli deyil. Hər halda müəyyən vaxt keçdikdən sonra fəaliyyətlərinə qiymət vermək olar. Amma funksiyalarının nədən ibarət olduğunu dedim”.

Son xəbərlər

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Bütün xəbərlər