Gündəm


Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd "İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. "Yeni Müsavat”ın xəbərinə görə, 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin "İsgəndər” olduğunu təsdiq edir.

Üzərində seriya nömrələri yazılan raket hissələrinin fotoşəkilləri dərc də edilib. ANAMA-nın mətbuat xidməti isə "Turan”a faktı nə təsdiq, nə təkzib edib, əlavə şərh verməyib. Hərçənd Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı "İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir "İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir.

Bu informasiyanın indi ANAMA tərəfindən gündəmə gətirilməsinin səbəbləri nə ola bilər?

Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur. Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da "Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan "İsgəndər” raketindən istifadə edib: "Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər" raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə..."

Eks-prezident Gəncənin dinc əhalisinin yaşadığı əraziyə raket atılmasını anlamadığını deyib və bunu "böyük axmaqlıq” adlandırıb: "Beynəlxalq ictimaiyyət bizi ittiham etməyə başladı. Əlbəttə edəcəkdilər. Azərbaycan bundan sonra Xankəndini və Ağdərəni daha sıx hədəfə aldı”.

Sərkisyan etiraf edib ki, Azərbaycan Ordusu oradakı mülki obyektləri və dinc sakinləri yox, ordu qərargahını və hərbi qrupları vururdu: ""İsgəndər” raketini atmaq lazım idi. Bəs onu nə üçün almışdıq?" Sərkisyanın müsahibəsindən aydın görünür ki, o, dinc əhalinin kütləvi ölümünə səbəb olacaq dağıdıcı silahların istifadəsinin tərəfdarı olub.

"Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan "E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi "M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və "E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan "İsgəndər”lərin üzərindəki "M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan "İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Politoloq Qabil Hüseynlinin "Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb: "Müharibədən əvvəl ”İsgəndər-M" raketlərini ermənilər hərbi parada çıxarıb öyünəndə açıq surətdə deyilirdi ki, erməni silahlı qüvvələrinə aiddir və Rusiyadan verilib. 44 günlük müharibə qurtardıqdan sonra Paşinyanı ən çox ittiham edən Sərkisyan idi. Serj deyirdi ki, "İsgəndər”dən istifadə olunsaydı, belə rüsvayçı məğlubiyyət yaşanmazdı.

Paşinyan isə onun atmacasına cavabında bildirmişdi ki, "Bu necə raketlərdir?! Biz dərhal ondan istifadə etdik, əvvəlcə hədəfi dəqiq vurmadılar, (Şuşanı misal gətirir), sonra oradakı erməni qoşunlarına çıxmağı əmr etdik, həmin raketlər Şuşanın 40-45 kilometrliyinə düşdü və partlamadı”. Paşinyan onu da əlavə etmişdi k, ballistik raketlərdən cəmi 10 faizi partlayıb. Moskva bu açıqlamanı rus silahının gücünə kölgə salmaq kimi qiymətləndirdi və Paşinyanın naşı olduğunu iddia etdilər. Daha sonra ruslar bir az da irəli gedərək, ümumiyyətlə, müharibədə "İsgəndər”dən istifadə olunmadığını bəyan etdilər.

Halbuki Paşinyandan əvvəl, ilk dəfə indi həbsdə olan ermənilərin keçmiş baş qərargah rəisi də söyləmişdi ki, "İsgəndər”dən istifadə etdik, amma qarşı qoyulan məqsədlərə nail olmadıq. İndi isə "İsgəndər”dən istifadənin detalları üzə çıxır. Məlum olur ki, Şuşaya bu raketlərdən ən azı 10 dəfə atıblar. Bu raketlər düzgün hədəflənməyib, onlardan isə yalnız ikisinin hədəfdən xeyi uzaqda partladığı bəlli olub, onun qalıqlarını da ANAMA əməkdaşları tapıblar".

Q.Hüseynlinin fikrincə, bu raketləri bir kənaraq qoyaq, "Skad” tipli raketlərə kasset tipli bomba başlıqlarının qoyulması, onlardan iki dəfə Gəncəyə və iki dəfə də Bərdəyə atılmasına nə demək olar: "Axı kasset tipli bombalar beynəlxalq konvensiyalarla qadağan olunub. Özü də bu silahlardan müharibə zonasında deyil, mülki əhali yaşadığı bölgələrdə istifadə edilib. Üstəlik, insanlar gecə yatdığı yerdə istifadə edilib. Belə davranış insanlığa sığmır”.

Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış "İskəndər E” deyil, "M” tipli raketə aid olmasını göstərir: "Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan ”İsgəndər"in Ermənistana satılmış versiyası E olub, M tipli "İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma bunun ardınca Bakı üzərində vurulmuş "İsgəndər”in haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki "İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi".

Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə "İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur: "Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur...”

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər