Gündəm


Kanal14.az: - Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan "İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir. Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub göndərərək ixrac üçün nəzərdə tutulmayan operativ-taktiki raketlərin Ermənistana necə gedib çıxmasına izahat verməyə çağırıb. Lakin hələ Rusiya tərəfindən cavab yoxdur. Hərçənd Putinin sözçüsü Dmitri Peskov bildirib ki, məsələni iki ölkə hərbçiləri "sıx dialoqun gedişində” müzakirə edirlər.

Əslində isə Ermənistana məhz "İsgəndər-M” raketlərinin verilməsi Rusiya mənbələri tərəfindən hələ 3 il əvvəl-2018-ci ildə Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində mətbuata sızdırılmışdı. "Kommersant” qəzeti Rusiya hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazmışdı ki, Ermənistana 2016-cı ildə bir diviziyon "İsgəndər-M” operativ-taktiki raket kompleksi (9М723 raketləri ilə) verilib.

Qəzet Rusiyanın Ermənistana ayırdığı güzəştli silah kreditləri barədə bəhs edərək yazırdı ki, 2016-cı ildə, Qarabağda vəziyyət kəskinləşəndə Yerevan onlarla "Smerç” reaktiv-yaylım atəşi sistemləri, "İqla-S” daşınan zenit-raket kompleksləri, "Avtobaza-M” radioelektron mübarizə sistemləri (cəmi 200 milyon dollarlıq müqavilə) alıb.

"Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə "Kommersant”a bildirib ki, 2016-cı ildə Ermənistan bir diviziyon "İsgəndər-M” operativ-taktiki raket kompleksləri (9М723 raketləri ilə) alıb. Mənbə etiraf edir ki, de-yure bu, raket texnologiyalarının yayılması barədə müqaviləni pozur, çünki həmin raketlərin mənzili ixrac üçün icazə verilən 300 kilometrdən çoxdur. Lakin Moskvada bu addıma məcburən gediblər: operativ-taktiki raket kompleksləri Ermənistana daha böyük hücum silahları potensialına malik olan Azərbaycanla hərbi pariteti dəstəkləmək üçün təcili lazımdır. "İsgəndər-E” ixrac modifikasiyasının hazırlanmasına zaman tələb olunur, hansı ki, Bakı Dağlıq Qarabağda hücuma keçəcəyi halda belə zaman yox idi”,-qəzet 2018-ci il sentyabrın 8-də dərc edilmiş məqaləsində bildirir. (https://www.kommersant.ru/doc/3736762?fbclid=IwAR3VO8RIyBa8DfMCWINFpS4Z7oEnVPwrRypjYp4z8ZzaSRXUAlIOuGVbQ08)

Qəzet əlavə edirdi ki, Ermənistan hakimiyyətinin addımları Rusiya məmurları tərəfindən heç də həmişə anlaşılmasa da silah əməkdaşlığını kəsməyə heç kim hazırlaşmır. "Biz gedən kimi yerimizi başqaları tutacaq. Və belə addımın nəticələrini bizim hamımız hiss edəcəyik”,-rusiyalı hərbi mənbə o vaxt belə deyib.

Göründüyü kimi, "İsgəndər-M” raketləri Ermənistana heç də təsadüfən gedib çıxmayıb və mənzili 300 kilometrdən çox olan raketlərin yayılmasını qadağan edən beynəlxalq müqavilənin ziddinə olaraq bu ölkəyə ötürülüb. Əlbətdə, Azərbaycan tərəfində hələ o vaxtdan Ermənistana bu raketlərin verildiyi haqda şübhələr var idi, amma indi dəlillər açıq-aşkar ortadadır və rəsmi Bakının izahat tələb etmək üçün tam qanuni əsasları var.// Virtualaz.org

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər