Gündəm


"Rusiyanın Türkiyə ilə Soçi razılşamasının üstündən xətt çəkərək, İdlibə hücumu zamanı 4 türk əsgəri şəhid olub, 9 nəfər yaralanıb. Rusiya bununla Soçi və Astana danışıqlarını sabotaj etmiş oldu. Digər yandan, İdlibə hücum ediləcəyi gözlənilən idi. Çünki Türkiyə bölgədə silahlı qrupların zərərsizləşdirilməsi əməliyyatlarını sona çatdıra bilmədi. Buna baxmayaraq, Rusiya Türkiyə ilə anlaşmaya əməl etməli idi”.

Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ankaranın Moskva ilə apardığı konfedensial danışıqların nəticə vermədiyini bildirib:

"Putin bir tərəfən danışıqlar aparır, digər yandan hücum əmri verir. Bu, Putinin ənənəvi siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, Türkiyə buna cavab olaraq, Bəşər Əsəd ordusuna zərbələr endirəcək. Bu prosesdə ABŞ-ın Türkiyəyə dəstək verəcəyi şübhəsizdir. Hazırda ABŞ generalları Ankarda danışıqlar aparır. Onlar İdlibdə baş verənlərdən Türkiyə-Rusiya əlaqələrinin pozulmasında istifadə edərək, Ankaranı öz tərəflərinə çəkmək istiqamətində müzakirələr aparır.

Neçə gündür Ərdoğanın Putinə çağırışları cavabsız qalır. Qənaətimə görə, Putinin səssizliyi Türkiyəni İdlibdən çıxarmağa hesablanıb. Bununla da Türkiyə-Rusiya əlaqələrindəki çatlar özünü büruzə verməyə başlayacaq. İki ölkə arasında siyasi-hərbi texniki əlaqələr zəifləyəcək. Amma bunun iqtisadi və enerji əməkdaşlığına təsir edəcəyini düşünmürəm”.

Məhəmməd Əsədullazadə bildirib ki, həm Türkiyə, həm də Rusiya iqtisadi əməkdaşlığın davam etdirilməsində maraqlıdır: "Amma Suriya və Liviya məsləsində tərəflərin yaxınlaşması taktiki idi. Strateji maraq baxımından Rusiya və Türkiyə regionda bir-birinə rəqibdir. Bu fonda da yaxın günlərdə "ABŞ-Türkiyə aysberqi”nin əriməsinin şahidi olacağıq”.  /Teleqraf.com/

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər