Gündəm
Gündəm
Suriya rejiminin Türkiyə ordusuna hücumu ilə bağlı Rusiyadan AÇIQLAMA
Rusiya hökuməti 4 Türkiyə əsgərinin Suriyada şəhid edildiyi əməliyyat barədə rəsmi açıqlama verib./Mumtv xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya rəsmiləri Türkiyə ordusunun İdlibdə keçirdiyi əməliyyatlar barədə onlara xəbər verilmədiyini bildirib:"Türkiyə əsgərləri 2-3 fevralda bölgədə Rusiyaya xəbər vermədən hərəkət edib. Həmçinin bildirək ki, Suriya ordusunun hədəfi Türkiyə əsgərləri olmayıb”.Qeyd edək ki, Suriya ordusunun İdlibi top atəşinə tutması nəticəsində 4 türk əsgəri şəhid olub, 9-u isə yaralanıb. /Yeniavaz.com/