Dünya
Dünya
"Taliban" Əfqanıstanda hücuma keçdi: 7 polis öldü
Əfqanıstanın qərbində yerləşən Qor əyalətində "Taliban” hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 7 əməkdaşı ölüb.
Mumtv.az xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb. Məlumata görə, "Taliban” silahlıları əyalətin Pasaband qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb.
(Metbuat.az)