Gündəm

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunun Çovdar kəndində içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud bulağın əsaslı təmiri və yenidən qurulmasını həyata keçirib.

QSC-dən "MUMTv.az"a bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndin sakinlərinin müraciəti əsasında bərpa edilən bulağın istifadəyə verilməsi mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev Çovdar kəndinin sakinlərinin gördüyü işlərlə tanış olub. Tədbir çərçivəsində sakinlərin müraciətləri də dinlənilib, cari aktual olan məsələlər müzakirə edilib.

Səhmdar cəmiyyət tərəfindən bulağın mənbə hissəsindən gələn suyun toplanması, çökdürülməsi və təmizlənməsi üçün xüsusi çən quraşdırılaraq, yeni su xətti çəkilib, əsaslı təmir edilmiş bulağın ətrafında abadlıq işləri aparılıb. Yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verilib.

Qeyd olunub ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hər kəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə töhfə vermək məqsədi daşıyır. Belə ki, daha əvvəl Daşkəsən rayonunun Çaykənd kəndi və “Şadax” adlanan yaşayış məntəqəsində də yeni bulaqlar inşa edilərək yerli əhalinin istifadəsinə verilib.

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

Son xəbərlər

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Giriş məlumatlarınız oğurlana bilər – DVX vətəndaşlara XƏBƏRDARLIQ etdi

Sürücülərə MÜRACİƏT

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Tikinti materialları yenidən bahalaşdı

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…-FOTOLAR/SİYAHI

Qələndər Muxtarli kollecdə "yanğın olmayıb" deyənləri faktlarla susdurdu - Kollecdə belə yararsız yoxlmanı kimlər keçirdib? FOTOFAKT

"Eldar Mahmudovun əlaltısı həyatıma ciddi təhlükə yaradıb" - Qənirə Ataşova

Gürcüstan Azərbaycandan kömək istədi

"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi -FOTOLAR+VİDEO

Sabah Bakıya yenə yağış yağacaq

"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT

Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto

Yeni Günəşlidə qanunsuz obyekt tikilir – VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti 105 milyonluq tender müsabiqələri elan etdi

Sahibkarlarla bağlı qanuna dəyişiklik edildi

Prezident qanunu imzaladı

Xankəndidə bərpa işləri görən şirkət bir ildə 16 maşın alıb: 601 min xərcləyib

Şəki İcra Hakimiyyəti su sistemləri şirkətinə yol çəkdirəcək

Dövlət başçısından FƏRMAN

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

Ermənilər yenə savaş istəyirlər: “Ordu gücləndirilməlidir”

“Qafqaz Residence” MTK yaşıllığı məhv etdi

Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto

Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....

Pezeşkian Putini İrana dəvət etdi

"Hacı Turqay" kolbasasında görün nə çıxdı-Foto

Bülent Ersoyun meneceri azərbaycanlı iş adamını aldatdı: 6 milyon dollar aldı

İş yerində hansı musiqiyə qulaq asmaq faydalıdır? - Alimlər açıqladı

100 illik gözləmə sona çatdı: Nəhayət nəhəng kalmar görüntüləndi

Bütün xəbərlər