Gündəm

“AzerGold” QSC ekoloji sahədə “2023-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
 
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən (ETSN) "Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrinə dəstək olan ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.

"MUMtv.az" bildirir ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilən nominasiyanı Səhmdar Cəmiyyətin adından İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.

“AzerGold” QSC ekoloji sahədə “2023-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib

Tədbirdə, həmçinin ətraf mühitin sağlamlaşdırılması, biomüxtəliflik və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən digər sahibkarlıq subyektləri və qeyri-hökumət təşkilatları təltif edilib.

Qeyd edək ki, "AzerGold” QSC dağ-mədən sahəsində həyata keçirdiyi fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda aparıcı pillələrdə qərarlaşan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır, ətraf mühitin mühafizəsi tədbirlərinə ardıcıl və sistemli dəstək göstərir.

“AzerGold” QSC ekoloji sahədə “2023-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
 
Xatırladaq ki, ötən il Səhmdar Cəmiyyət tərəfindən Daşkəsən rayonunun ərazisində bitən, "Qırmızı Kitab”a daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması, onların tarixən yetişdiyi ərazilərə reintroduksiyası layihəsi icra edilib. 2021-ci ildən icrasına başlanılan ekoloji layihə çərçivəsində Daşkəsən rayonunda yerləşən "Çovdar” qızıl mədəni ətrafındakı dağlardan nəsli kəsilmək təhlükəsində olan bitkilər aşkarlanaraq, toxumları yığılıb. 1 il ərzində həmin toxumların çeşidlənməsi, müvafiq dərman vasitələri ilə qurudulması həyata keçirilərək, təcrübə sahəsində yetişdirilib. Nəticədə "Rosa zangezura Jarosch.” (Zəngəzur itburnusu), "Rosa nisami Sosn.” (Nizami itburnusu) və digər nadir bitkilərin tarixən yetişdiyi ərazilərdə çoxaldılması həyata keçirilib. Nadir bitkilərin mühafizəsi tədbirlərinə dair məlumatlar ötən il işıq üzü görmüş Azərbaycan Respublikasının "Qırmızı kitab”ının yeni – 3-cü nəşrinə daxil edilib. Eyni zamanda QSC ötən il hasilat bölgələrində reallaşdırdığı ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyaları ilə ətraf mühitin mühafizəsi tədbirlərinə öz töhfəsini davam etdirib.

Son xəbərlər

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu

İsraili hər zaman dəstəkləyəcəyik - Bayden

Nazirlik hər kəsə 200 AZN verir? - AÇIQLAMA

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Bütün xəbərlər