Gündəm

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal edilən qızıl və gümüş tərkibli xəlitələrin saflaşdırılması və xarici bazarda satışı məqsədi ilə 2017-ci ildən etibarən əməkdaşlıq etdiyi İsveçrənin beynəlxalq nüfuzlu affinaj şirkəti “Argor-Heraeus”un təmsilçiləri ölkəmizdə səfərdə olublar.

Səfər London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan “Argor-Heraeus” şirkətinin həmin Assosiasiyanın “Məsuliyyətli Təchizatçı” Proqramı
çərçivəsində həyata keçirilib. Şirkətin nümayəndələri QSC-nin baş ofisində müxtəlif görüşlər keçirib, həmçinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini ziyarət ediblər.

Beynəlxalq şirkətin vitse-prezidenti, Qlobal biznes bölməsinin Maliyyə direktoru Frank Mohrhardt və Keyfiyyətə nəzarət üzrə rəsmisi Maryana Cheterbok QSC-nin fəaliyyətini beynəlxalq tələblər və şəffaflıq meyarları üzrə qiymətləndiriblər. Belə ki, qonaqlar hasilat və istehsalat prosesi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, işçilər üçün yaradılmış əmək şəraiti və digər istiqamətlər üzrə görülən işlərlə əyani tanış olublar.

Audit heyəti “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinə aksiyasının həyata keçirildiyi düşərgəni də ziyarət edib, müayinə prosesini izləyib, yerli sakinlər arasında müxtəlif sorğular keçiriblər. Qonaqlar QSC-nin korporativ sosial məsuliyyət sahəsində icra etdiyi layihələr haqqında məlumatlar toplayaraq təhlil ediblər. Yoxlamanın ilkin nəticəsi olaraq müsbət rəyin formalaşdığı qeyd edilib, “AzerGold”un fəaliyyətinin beynəlxalq mədənçilik standartları, norma və prinsipləri çərçivəsində təşkil edildiyi vurğulanıb.

"MUMtv.az" məlumat üçün qeyd edir ki, beynəlxalq təcrübəyə uyğun olaraq nüfuzlu affinaj şirkətləri hasilatçı şirkətləri müxtəlif meyarlar əsasında araşdırır, dünya səviyyəsində tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə müxtəlif mərhələli yoxlamalardan keçirirlər. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə müsbət rəy verilir.
Xatırladaq ki, “AzerGold” QSC-yə müvafiq müsbət rəy 2017-ci ildə təqdim edilib.

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər