Gündəm

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)
arasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və “Smart” transformasiya üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqaviləni “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və 4SİM- in İcraçı direktoru Tamerlan Tağıyev imzalayıblar. Sənədə əsasən, 4SİM tərəfindən “AzerGold” QSC-nin istehsalat müəssisəsində rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədi ilə məsləhət xidmətləri göstəriləcək. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən tövsiyə edilən və Dördüncü Sənaye İnqilabı üçün ən effektiv rəqəmsal hazırlıq qiymətləndirmə proqramlarından biri kimi qəbul edilən SIRI qiymətləndirilməsi metodunun tətbiqi ilə istehsalat və biznes proseslərində rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, istehsalatda fəaliyyətin ən optimal texnoloji həllər vasitəsilə 2-3 ilədək zamanı əhatə edən dövr ərzində inkişafının təmin edilməsi üçün yol xəritəsi hazırlanacaq, prioritetləşdirilmiş layihələrin metodologiyası və digər təfərrüatları işlənib təqdim ediləcəkdir.

"MUMtv.az" qeyd edir ki,  istehsal prosesinin daim optimallaşdırılması ilə yanaşı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi QSC-nin əsas prioritetlərini təşkil edir. Bu məqsədlə bütün fəaliyyət istiqamətləri üzrə səmərəliliyin daha da artırılması üçün innovativ həllərin tətbiqində maraqlı olan “AzerGold” QSC dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. Təsadüfi deyil ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditi də “AzerGold” QSC-də həyata keçirilib və şirkətin rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi sahəsində fəaliyyəti müsbət qiymətləndirilib.

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO

"AzerGold" QSC və 4SİM “Ağıllı Sənaye Hazırlığı İndeksi” və “Smart”  transformasiya üzrə əməkdaşlığa başlayıb - FOTO


Son xəbərlər

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir

Putin və Paşinyan bu gün görüşəcək

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi

Şənbə günü 32° isti olacaq

Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi

Milli Məclis daha iki sazişi ratifikasiya edib

"Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

BMT nümayəndəsinin ölkəyə girişinə qadağa qoydular

Milli Məclisdə yeni təyinat

ADAU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan İtaliyadan təyyarələr alır

"Hovers Group MMC" Qarabağda 13,5 milyon manata 7 bina tikəcək - TENDER NƏTİCƏSİ

Həbs edilən vəzifəli şəxsdən XƏBƏR VAR

DYP sürücülərə müraciət etdi

Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

Rusiyalı repçi qəzada öldü

Azərbaycan nefti ucuzlaşdı

76 yaşlı qocaman başçı rayonda bütün torpaqlara “əl” qoyaraq qarış-qarış satıb.Vətəndaş şikayəti-Video

Göygöl prokuroru İlqar Hacızadənin 200 minlik maşınının şəkilləri yayılıb

Zelenski G20 sammitinə dəvət edilməyəcək

“Nərmin işi”nə yenidən baxılacaq? - AÇIQLAMA

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib” - QALMAQAL

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - FOTOLAR

Əfqanıstanda məsciddə terror aktı törədildi

"Rusiya hökuməti Ermənistanı tərk etdi" - Alman deputat

Bakıda evə basqın - SAXLANILANLAR VAR

Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi

Bütün xəbərlər