Gündəm
Gündəm / Siyasət / Dünya
Putin Raisi ilə telefonla infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə edib
"MUMtv.az" "news.am"a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Rusiya-İran əlaqələrinin inkişafı və birgə infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə edib,
Bu barədə bu gün Kremlin mətbuat xidməti bildirib.
“Hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Mətbuat xidməti əlavə edib ki, liderlər gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
MUMtv.az
Anarə Muhəmməd