Gündəm

Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdü - FOTOLAR

Mayın 10-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib.

"MUMtv.az" xəbər verir ki, görüşdən öncə İran İslam Respublikasının Culfa Gömrük İdarəsinə baxış olub. İkitərəfli görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli, İran İslam Respublikasının Gömrük naziri Alirza Müqəddəsi, Şərqi Azərbaycan Vilayəti Gömrüyünün rəisi Leili Orangi, Culfa-Mərənd bölgəsi üzrə millət vəkili Məsumə Paşayi və digər şəxslər iştirak edib.
İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə  imkan yaratdığını önə çəkib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin  vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli yaxşı münasibətləri  gömrük-ticarət əlaqələrinin də inkişafına şərait yaradıb.
Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər 11 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höküməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıblar.
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikası Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib. 

  • Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdü - FOTOLAR
  • Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdü - FOTOLAR

Son xəbərlər

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bütün xəbərlər