Gündəm

İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!

MUMtv.az: - Avqustun ortalarından etibarən minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırılıb. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s üçün 30 manat, 250 Mbit/s üçün isə 36 manat ödəyirlər. Əvvəllər ən aşağı sürət paketi 40 Mbit/s 18 manata başa gəlirdi. Bununla belə, bir çox abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu iddia edirlər.

Azərbaycanda internet xidmətləri bazarında baş verən son dəyişikliklər əhalinin narazılığına səbəb olub. Ehtimal etmək lazımdır ki, bunun səbəbi qiymət artımının özü deyil, çünki daxili istehlakçılar tənzimlənən qiymətlərin geniş şəkildə artmasına, mal və xidmətlər bazarında ümumi qiymət artımına alışıblar.

Məsələ burasındadır ki, “Aztelekom” və “Baktelekom”un xidmətlərinin dəyərinin son zamanlar artması xidmətlərin keyfiyyətinin yaxşılaşması və təklif olunan trafikin xeyli sürətlənməsi ilə izah edilirdi. Tarif planlarında internet sürəti 2,5 dəfə artırılıb, lakin bir çox istifadəçilər faktiki sürətlərin elan edilmiş sürətlərə uyğun gəlməməsindən, habelə tənzimləyici orqanlardan adekvat cavab verilməməsindən şikayətlənirlər.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internet provayderləri arasında hakim mövqedən sui-istifadə və kartel müqavilələri ilə bağlı araşdırmalara başlasa da, bu dövlət qurumunun hökmünü gözləmədən qiymətlər artırılıb. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qeyd etdiyi kimi, son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Bu vəziyyət xüsusilə ölkənin regionları üçün xarakterikdir.

İnternetin performansının yoxlanılması üzrə qlobal lider olan "Ookla" şirkətinin son məlumatları isə fərqli hesabat yayıb. “Ookla” şirkətinin 2024-cü ilin avqust ayının təhlilinə əsasən, Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 45,47 Mbit/s-i ötüb ki, bu da ölkəyə dünya reytinqində 5 pillə yüksəlməyə imkan verib. Mobil internetin sürəti də artaraq 55,14 Mbit/s-ə çatıb ki, bu da ölkənin mövqeyinin 4 pillə yaxşılaşmasına səbəb olub, ümumilikdə son bir ildə ölkədə stasionar internetin sürəti 58% artıb və mobil - 28%.

Azərbaycan İnformasiya, Rabitə və Texnologiyalar Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, bu təsirli nəticələr rəqəmsal infrastrukturun inkişafına böyük sərmayə qoyuluşu sayəsində mümkün olub. Xüsusilə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən və bütün ölkə ərazisində fiberoptik şəbəkələrin genişləndirilməsinə yönəlmiş “Onlayn Azərbaycan” layihəsi əsas rol oynayıb.

Bəs o zaman kim haqlıdır - bahalı internetin keyfiyyətindən şikayətlənən abunəçilər, yoxsa şirkət? Bu ziddiyyətin səbəbi nə ola bilər?

Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu elə bir problemdir ki, kompleks yanaşılmalıdır. Günah nə provayderlərdədir, nə də öz haqqını tələb edən müştərilərdə. Sadəcə, bu keçid dönəmidir, belə halla qarşılaşmaq normaldır. Ümumi işlər görülməlidir. Azərbaycanda "Data Center"lərinin sayı çoxaldılmalıdır. Yeni protokollar həyata keçirilməlidir. Şəbəkə avadanlıqları yenilənməlidir. Bu profilaktik işlər aparılsa, qısa bir zamanda problemin həlli tapılar".

Ekspert əlavə edib ki şikayətlərin olması da anlaşılandır: “Əhali arasında şikayətlər artıb, qiymət qaldırılsa da, keyfiyyət yoxdur. Bunların baş verməsi normaldır. Çünki sistem hələ oturuşmayıb. Sistemə yeni keçmişik. İnternet sürətinin artırılması üçün hər bir provayder öz "Data Center"lərinin miqdarını çoxaltmalıdır. Keçiricilik səviyyəsini artırmalıdırlar. Əminəm ki, qısa müddətdə problem aradan qalxacaq".

Xatırladaq ki, GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlərin 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıldığı qeyd olunub. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

İqtisadçı Natiq Cəfərli də məsələ ilə bağlı fikrini bildirib: “İnternetin qiyməti artdı, amma keyfiyyəti də, sürəti də əvvəlki vəziyyətdədir. İnternetin qiymətinin artmasının araşdırılacağı barədə rəsmi açıqlama da yayıldı, lakin ardı gəlmədi, yəqin ki, araşdırma olmayacaq da, nəbz yoxlamasıydı. İnternetin sürətini artırmaq üçün gərək provayderlər ciddi dəyişikliklərə getsinlər, nədir bunlar?

Məsələ ondadır ki, hazırda əksər mənzillərə ötürülən internet kabelləri CAT 5-dir ki, bunlar 100 MBit qədər sürət ötürə bilir, CAT 6 10 GBPS sürət ötürür. Qiyməti artırıblarsa, provayderlər bütün kabelləri CAT 6 ilə əvəz etməlidir, bu isə onlara sərf etmir.

İkincisi, “Bakinternet” kabelləri də dəyişməyəcək, çünki GPON texnologiyasından istifadə edir, bunların mənfi cəhəti qoyduqları “Nokia” firmasına məxsus modemlərdir. Bu modemlər isə internet trafikini “WiFi” vasitəsilə düzgün ötürmür. Modemə bir neçə nəfər daxil olandan sonra internet qırılmaları baş verir. Müraciət edildikdə, gəlib baxırlar və problemi “həll edib” 5-10 manat alıb gedirlər. Növbəti gün eyni problem yaşanır. Yeni və sürətli modem tələb edəndə, "Bakinternet"dən yeni modem almağa yönəldirlər. Amma həmin modemin qiyməti istehlakçıya 120 manata başa gəlir. Bununla da istehlakçı “boğazından kəsib” yenidən modem almalıdır, yalnız bundan sonra problem qismən aradan qaldırılır.

Bəzi bölgələrdə “Huawei” firmasına məxsus modemlərdən istifadə edilir, bəzilərində isə “Nokia”. Mütəxəssis tərəfindən araşdırılır, məlum olur ki, “Huawei” firmasına məxsus modemlər qat-qat yaxşı işləyir. “Bakıinternet”ə zəng edib “Huawei” firmasına məxsus modem istəyəndə, bunun mümkünsüz olduğunu deyirlər və əlavə edirlər ki, “Nokia” modemləri yalnız yararsız hala düşdükdən sonra dəyişə bilər. O da yenə “Nokia” modemləri ilə əvəz olunacaq. “Nokia” modemlərində “WiFi” vasitəsilə 2.4GHZ və 5GHZ ötürmə gücü var. Müştəri 2.4 GHZ-ə qoşulanda 40-50 mbit sürət alır, 5GHZ ötürmə gücünə qoşulanda normalda 90-100 mbit sürətini almalıdır. “Nokia” modemlərində 5GHZ ötürmə gücünü aktiv etdikdə, modemin yanında olsan, həmin sürəti ala bilmirsən, qırılmalar olur. Əhalinin əksər hissəsinin bu cür anlayışlardan xəbəri yoxdur, provayderlərə də problemləri detallı qabartmaq sərf etmədiyindən vəziyyət dəyişməz qalır".//dia-az.info

Son xəbərlər

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

"Hər səhər mətbuatla tanış oluram" - Prezident

İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR

İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

"Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar" - Prezident

Üç kollecə direktor təyin edildi

Prezident tələbələrlə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışdı

Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

İşdə məhəbbət macərası - DƏHŞƏT // VİDEO

Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO

Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Vardanyan Bakı həbsxanasından Paşinyana CAVAB VERDİ

"Paşinyan dəhliz verməyə razı oldu" - Erməni KİV

Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO

Hər il dünyada 7 milyon insan bu xəstəlikdən ölür

İlham Əliyev Qarabağ Universitetinin açılışını etdi

Camaat borclanmaqda davam edir – Faktlara diqqət

Bu günə olan valyuta məzənnələri

İsrail Livana hava zərbələri endirməyə başladı - VİDEO

Azərbaycanda Dövlət Suverenliyi GÜNÜDÜR

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

Bütün xəbərlər