Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rüstəmov Tərlan Kamal oğlu dəfn edilib.
"MUMtv.az" xəbər verir ki, şəhidin yaxınlarına məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilərək dəfn olunub.
Qeyd edək ki, T.Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Şəhidin nəşinin qalıqları həmin kənddə aşkar olunub.