Gündəm

İbrahim Rəisi Moskvadan niyə əliboş dönüb? - İNCƏLƏMƏ...

İran prezidenti İbrahim Rəisi Moskvaya gələrək rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
"MUMtv.az" reyting.az-a istinadən xəbər verir ki, “Al-Monitor” bu barədə təhlilində yazır ki, İran prezidenti görüşdə deyib: "Biz Rusiya ilə münasibətlərimizin güclü və hərtərəfli olmasını istəyirik. Bu əlaqələr qısamüddətli və ya mövqeli deyil, daimi və strateji xarakter daşıyacaq".

ABŞ nəşri daha sonra qeyd edir:

“İran prezidenti rusiyalı həmkarına Tehranın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını asanlaşdırdığına görə təşəkkür edib”.

İran lideri, həmçinin “İran və Rusiya arasında Suriyada terrorla mübarizədə çox yaxşı əməkdaşlıq təcrübəsi olduğunu” qeyd edib.

“Bu təcrübə onun genişləndirilməsi və digər sahələrdə istifadəsi üçün ilkin şərtlər yarada bilər. Mövcud şəraitdə iqtisadiyyat, siyasət, mədəniyyət, elm, texnologiya, müdafiə və hərbi sahələr, o cümlədən təhlükəsizlik və kosmos sahələrində əməkdaşlığı inkişaf etdirmək mümkündür”.

Öz növbəsində Putin, digər məsələlərlə yanaşı, Əfqanıstandakı vəziyyəti də qeyd edib:

“İndi, əlbəttə ki, həm siz, həm də biz Əfqanıstanda yaranan vəziyyətdən narahatıq. Mən sizinlə bütün bu məsələləri müzakirə etmək, bu problemlə bağlı mövqeyinizi bilmək istərdim”.

İran prezidentinin Rusiyaya səfəri öncəsi gözləntilərin və bəzi bəyanatların əksinə olaraq, Rəisinin səfəri böyük irəliləyiş əldə edə bilmədi və çətin ki, iki ölkə arasında münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarsın. Hər iki tərəf xüsusilə ticari-iqtisadi əlaqələri gücləndirməyə çalışır, baxmayaraq ki, qarşılıqlı fəaliyyətin hərbi-siyasi ölçüsünün inkişafına əlavə təkan verilə bilər.

İran keçən ay Rusiya ilə strateji əməkdaşlıq haqqında 20 illik sazişi yekunlaşdırmağa yaxın olduğunu açıqlasa da, hələlik görünən odur ki, tərəflər onun şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. İran prezidenti sazişin yeni layihəsini Moskvaya gətirib və Putinə baxılmaq üçün təqdim edib. Əgər bu variant son nəticədə rədd edilərsə, bu, bütün dost ölkələrlə uzunmüddətli əməkdaşlıq müqavilələri bağlamağa çalışan Tehran üçün yeni məyusluq ola bilər.

“Biz rusiyalı həmkarlarımıza iki ölkə arasında ən azı 20 illik perspektivləri müəyyən edə biləcək strateji əməkdaşlığa dair sənədi təhvil verdik”, - deyən İran prezidentinin sözlərinə görə, “[İran və Rusiya arasında] ticarət-iqtisadi əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurmur... Biz ticarət-iqtisadi əməkdaşlığımızın səviyyəsini bir neçə dəfə artıra bilərik”.

Bu razılaşma uzunmüddətli durğunluq mərhələsi ilə üzləşmiş Rusiya-İran ticarət-iqtisadi münasibətlərini canlandıra bilər. 2021-ci ildə ölkələr arasında ticarətin "rekord" həcmi - 3,3 milyard dollar - böyük uğur hesab edilməməlidir. Müqayisə üçün qeyd edək ki, Rusiya ilə Türkiyə arasında ticarət hər il təxminən 22-25 milyard dollar təşkil edir.

Bundan əlavə, Tehran Rusiyanın dövlətə məxsus “Rosatom” şirkəti tərəfindən yaradılan Buşehr AES-in tikintisinə görə hələ də borclarını ödəməyib. Amerika sanksiyaları həm də ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafına mane olur. Digər dövlət qurumu olan Rusiya Dəmir Yolları ABŞ-ın sanksiyaları ilə bağlı qorxular səbəbilə 2020-ci ilin aprelində İrandakı layihələrinin icrasını dayandırıb. Öz növbəsində, bu qərar Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üzrə Rusiya-İran təşəbbüsü çərçivəsində digər proqramların həyata keçirilməsinə mənfi təsir göstərir.

Həmçinin, Rəisinin Moskvaya səfəri zamanı hərbi-texniki əməkdaşlıq haqqında sazişin bağlanması ilə bağlı şayiələr yayılıb ki, bu saziş İranın Rusiyadan ümumilikdə 10 milyard dollarlıq hərbi texnika, o cümlədən “S-400” hava hücumundan müdafiə sistemləri və “Su-35” qırıcıları almaq imkanını nəzərdə tuturdu.

Lakin bu o demək deyil ki, belə bir razılaşma yaxın gələcəkdə meydana çıxmayacaq. Adının çəkilməməsi şərti ilə “Al-Monitor”a danışan rusiyalı hərbi analitik deyib ki, Rusiya silahlarının İrana tədarükü üzrə müqavilələrin faktiki məbləği 2 milyard dolları bir qədər keçə bilər ki, bu da Moskvanın Tehrana kredit olaraq verməyə hazır olduğu məbləğdir.

Rəisinin Moskvaya səfərinin daha böyük əks-səda doğuracaq hərbi-siyasi aksiyalardan biri də Rusiya, Çin və İran arasında Hind okeanında planlaşdırılan birgə hərbi dəniz təlimləridir. Qarşıdan gələn təlimlərin elanı iki ölkə lideri arasında aparılan danışıqlar fonunda verilib.

Qeyd edək ki, İran prezidentinin gəlişindən bir gün əvvəl Sakit Okean Donanmasının “Varyaq” raket kreyseri, “Admiral Tributs” böyük sualtı qayıq əleyhinə gəmisi və iri dəniz tankeri “Boris Butoma”dan ibarət gəmilər dəstəsi İranın Çahbahar limanının yol kənarında lövbər salıb.

Bundan əlavə, İranın silahlandırdığı Yəmən husi üsyançıları səfər ərəfəsində Əbu-Dabidəki neft infrastruktur obyektlərinə hücumun məsuliyyətini öz üzərlərinə götürüblər. Tehranın razılığı olmadan belə bir hərəkət mümkün olmazdı. Bu kimi hadisələr Fars körfəzində ümumi təhlükəsizlik sisteminin formalaşdırılması və müvafiq konfransın çağırılması ilə bağlı Rusiyanın təşəbbüslərini daha aktual edir.

“İranlıları və ərəbləri bir araya gətirəcək, İranın müzakirə mövzusu olmayacağı və hər bir tərəfin öz narahatlıqlarını masaya qoyacağı konfrans. Raketlər təkcə İranda deyil. Ərəblər də raket istehsalını inkişaf etdirirlər. Bu və ya digər şəkildə digər ölkələr arasında fikir ayrılığına səbəb olan Yəmən, Suriya, İraq və bir çox başqa qaynar nöqtələrlə bağlı narahatlıqlar konfransda müzakirə olunmalıdır. Bu, bizim konsepsiyamızdır”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rəisinin Rusiyaya səfəri ərəfəsində bildirib.

Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı problemləri də müzakirə ediblər.

Xüsusilə, Putinin dediyi kimi, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan İranın nüvə proqramı üzrə 2015-ci ildə imzalanmış sazişin bərpası ilə bağlı rəsmi Tehranın mövqeyini bilməsi Moskva üçün vacibdir.

Putin Rusiya-İran danışıqlarında deyib:

“Əlbəttə, JCPOA ilə bağlı sizin mövqeyinizi bilmək mənim üçün çox vacibdir”.

Tehran yəqin ki, bu məsələdə Moskvadan daha çox dəstək almaq istəyir, lakin hələlik Rusiyanın yanaşması kifayət qədər balanslı görünür.

Lavrovun şərhlərinə görə, İranın nüvə proqramı ilə bağlı dialoqda “real irəliləyiş” var - xüsusən də, İran və ABŞ-ın hər iki dövlətin “xüsusi narahatlıqlarını” tanımaq və onların “məsləhətlə necə həll oluna biləcəyini” anlamaq istəyi.

“Ümid edirik ki, razılıq əldə olunacaq. Bunun üçün İran tərəfinin mümkün qədər realist olması və [Beynəlxalq Atom Enerjisi Agentliyi ilə] əməkdaşlıq etməsi və bu danışıqlar prosesinin Qərb iştirakçılarının vaxtaşırı İrana qarşı tənqidi fikirlər səsləndirərək, psixoloji gərginlik yaratmağa çalışmaması vacibdir. KİV-də bununla bağlı tələblər irəli sürülür”, - Lavrov bildirib.

TASS-ın İrandakı müxbiri və Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Nikita Smaqin “Al-Monitor”a deyib: “İki ölkə arasında Suriyada davam edən uğurlu qarşılıqlı əlaqəni unutmaq olmaz. Yaxın Şərqdə Tehran və Moskva bir-birinə sığmayan qüvvələrdir və bu əməkdaşlığın günləri sayılmaqdadır. Bütövlükdə tərəflər maraqların üst-üstə düşməsi üzərində cəmləşmək və sistemli şəkildə əməkdaşlığı qurmaq mümkün olduqda yanaşmaya gəliblər. Burada sıçrayışlı həllər nadirdir, lakin asta və əziyyətli iş yeni nəticələr əldə etməyə imkan verir. Rəisinin Rusiyaya budəfəki səfərinə də məhz bu mənada baxmaq lazımdır”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər