Gündəm
Gündəm / Cəmiyyət / Video
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
MUMtv.az: - Nəsimi rayonu, İmran Qasımov küçəsində piyadalar üçün nəzərdə tutulmuş səki zəbt olunub. Belə ki, səkidə maşınların park edə bilməsi üçün xətlər çəkilib.
Piyadalar yaranan vəziyyətdən narazıdırlar. Onlar özlərini təhlükəyə ataraq maşın yolu ilə getməli olduqlarını bildiriblər.
Qarşısında xətlər çəkilən obyekt sahibi isə kim tərəfindən və nə vaxt bu işin edildiyindən xəbəri olmadığını deyib.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, mövzu nəzarətə götürülüb və araşdırılacaq.//siam-az.com
Ətraflı ATV-nin süjetində: