Gündəm

Şahin Mustafayev iranlı nazirlə görüşdü- FOTO

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 12-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə videoformatda görüşüb. Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "MUMtv.az"a bildirilib ki, görüş zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün tarixi əhəmiyyəti vurğulanaraq, dövlət başçılarının bu görüşü ilə Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu məmnunluqla qeyd edilib.

Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan-İran ticarət dövriyyəsinin 30 faiz artdığı diqqətə çatdırılıb.
Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi vurğulanaraq, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70 faiz artması məmnunluqla qeyd olunub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib.

Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları müzakirə edilib.

  • Şahin Mustafayev iranlı nazirlə görüşdü- FOTO


12-02-2022, 16:44

Son xəbərlər

Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

İranın vitse-prezidenti qəzada hər iki övladını da itirdi

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Bütün xəbərlər