Gündəm

MUMtv.az: - "Üçtərəfli razılığa əsasən hər bir tərəf- Azərbaycan, Rusiya və Ermənistan öz üzərinə öhdəlik götürüb. Liderlər həmin sənədi ciddi qəbul edirlər”.
Bunu sərhəddəki təxribatlar barədə "Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
Onun fikrincə, genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir:

"Düzdür, Moskva İrəvanın əli ilə üçtərəfli razılıqdan kənara çıxmağa çalışır. Amma böyük hərbi konflikt həm Ermənistanın, həm də Rusiyanın ziyanınadır. Faktiki olaraq Ermənistan ordusu məhv edilib. Həmçinin nəzərə almaq lazımdır ki, indiki vəziyyət Kremlin xeyrinədir. Şimal qonşumuz hərbçilərini Qarabağa yığıb. Əlbəttə, Qərb bundan narazıdır. ABŞ-la Fransa Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini qəbul etmirlər. Yeni hərbi konflikt həmin dövlətlər üçün bəhanə olar. Odur ki, Moskvanın müharibəyə təhrik edəcəyinə inanmıramn. Bu, Rusiyanın Cənubi Qafqazdan çıxmasına şərait yaradar”.

S.Məmmədli, Moskvanın qeyri-adekvat davranışlarının arxasına nəyin dayandığını da izah etdi:

"Sadəcə Azərbaycanı sıxışdırıb yeni müqaviləyə imza atmaq istəyirlər. Həmin sənədin konturları təxmini məlumdur. Məsələ Azərbaycan- Ermənistan sərhəddini rusların qorumasından gedir. Bu, hər iki dövlətə nəzarətdir. Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüşdə də Kreml sahibi hansısa güzəştlərin məqsədəuyğun olduğunu demişdi. Fikrimcə, o, elə buna eyham vururdu. Amma bundan sonra hansısa güzəşt rəsmi Bakı üçün çətin vəziyyət yarada bilər. Əlbəttə, bizim icazəmiz olmadan heç bir ikinci dövlətin ordusu sərhədlərimizi qoruya bilməz. Düşünürəm ki, Azərbaycan buna razı olmamalıdır və olmayacaq”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər