Gündəm


Rusiya xarici işlər naziri Sergey Lavrov "Solovyov.Live” Youtube kanalına müsahibəsində maraqlı məqamlara toxunub. O, həmçinin ABŞ-la münasibətlərdən danışıb. Nazir deyib: "Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...” Rusiya XİN başçısı, həmçinin ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: "Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var».

Lavrovun sözügedən açıqlaması yaxın gələcəkdə ciddi qarşıdurmaların yarana biləcəyinə işarədir. Ola bilsin, şimal qonşumuzun "mənəm, mənəm”liyi ona baha başa gələcək.

Dövlətər arasındakı münasibətləri "Sherg.az”a təhlil edən siyasi analitik Elçin Xalidbəyli tərəflər arasındakı "soyuqluğun” səbəblərini belə izah etdi:

"Rusiya və ABŞ arasında, həqiqətən, ciddi problemlər mövcuddur. Əslində, bu problemlər həmişə olub. Sadəcə, müxtəlif dövrlərdə bəzən ziddiyyətlərin arxa plana keçirilməsinə üstünlük verilib.
ABŞ-Rusiya ziddiyyətlərinin müvəqqəti "dondurulduğu" dövrlərin sırasına prezident Donald Trampın hakimiyyətdə olduğu mərhələni də aid edə bilərik.
Hər halda, bu mərhələdə iki superdövlət arasında kəskin qarşıdurma meylləri müşahidə olunmadı. Ancaq artıq yeni mərhələ başlayıb. ABŞ-da Co Bayden hakimiyyətinin iş başına gəlməsi artıq öz təsirini göstərir. Prezident Co Bayden hakimiyyətə gəlməzdən əvvəl də Rusiyaya qarşı kəskin mövqeyi ilə tanınırdı. Hətta Co Bayden Rusiyaya öz yerini göstərəcəyini də vəd edirdi. İndisə Co Bayden öz vədinə əməl etməyə başlayıb. Ağ Ev sahibi Rusiyanın sıxışdırılması istiqamətində bütün mümkün imkanlardan yararlanır. Yəni Rusiya ilə son dörd ildə "dondurulmuş" problemlər yenidən aktivləşdirilib. Böyük ehtimalla bu mərhələdə ABŞ-Rusiya münasibətlərində gərginlik qarşıdurma həddinə çata bilər. Kremldə də bunu artıq anlayırlar və ciddi narahatlıq keçirirlər”.

E. Xalidbəylinin sözlərinə görə, Moskva reallığı dərk etməsə, onun üçün daha çətin olacaq:

"Məsələ ondadır ki, ABŞ-Rusiya ziddiyyətlərində sadəcə, siyasi deyil, hətta hərbi faktorlar da istifadə edilməyə başlayıb. Buna misal olaraq, son günlərdə ABŞ hərbi təyyarələrinin Rusiya sərhədlərini pozmasını göstərmək olar. Üstəlik, analoji insidentlər NATO vasitəsilə də törədilir. NATO donanmasının və aviasiyasının Qara dəniz hövzəsində Rusiya sərhədlərini təhdid etməsi də intensivləşir.

Görünür, Bayden administrasiyası Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmaq niyyətində tamamilə ciddidir. Kremlin əsas problemlərindən biri də ABŞ-ın hərbi-siyasi təhdidləri qarşısında təkbaşına qalmasıdır. Rusiyanın indiki situasiyada güvənə biləcəyi müttəfiqi yoxdur. Bunun günahını isə Rusiya öz xarici siyasət kursunda axtarmalıdır.

Çünki Kreml həm qonşuları, həm də ənənəvi tərəfdaşları qarşısında təhdid dilində danışmağa üstünlük verib. İndisə heç kim Rusiya ucbatından Ağ Evlə problem yaşamaq istəmir.

Hətta vaxtilə enerji resursları sahəsində əməkdaşlıq etdiyi Avropa dövlətləri belə, Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarı kimi çıxış edirlər. Bu isə o deməkdir ki, Rusiya üçün də "divar" sona çatmağa başlayıb.

Əgər belə davam edərsə və Rusiya öz tərəfdaşlarına münasibətdə sayğısız davranışlarını dayandırmazsa, yeni mötədil xarici siyasət kursu yürütməzsə, tamamilə təklənə bilər. İndiki situasiyada Rusiyanın ABŞ və Qərbin sərt təzyiqləri qarşısında duruş gətirmək şansları isə o qədər də qənaətbəxş görünmür”.

Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər