Gündəm


MUMtv.az: -  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər. İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub. Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli sözügedən telefon danışığının fonunda Azərbaycan- ABŞ münasibətlərini "Sherg.az”a şərh etdi:

"Qərb son vaxtlar fəallaşıb. Bu o deməkdir ki, əlaqələrə yenidən baxmalıyıq. Lakin bizim ABŞ-la münasibətlərimiz Fransa ilə olduğu kimi deyil. Azərbaycan diaspor və lobbisi ABŞ-dakı ştatlarla ciddi iş qurub. Bu günlərdə Oklahoma ştatının qubernatoru Kevin Stittinin prezident İlham Əliyevə kovboy papağı hədiyyə etməsi əlaqələrimizin təzahürüdür. Ümumiyyətlə, Bakının ABŞ-la bağlı xarici siyasətinin əsas prioritetləri Azərbaycan həqiqətlərinin tanıdılmasına dair qarşılıqlı işlərin görülməsi və ştatlarla əlaqələrdir. ABŞ Cənubi Qafqazda xüsusilə anti-rus mövqeyini gücləndirməkdən ötrü bölgəyə gəlmək istəyir. Bunu siyasi sabitlik olmayan Ermənistan vasitəsilə etməsi bir qədər təhlükəlidir. Lakin ABŞ-la kifayət qədər yaxşı münasibətlər yaratmaq üçün potensialımız var. Bu, gələcəkdə Senatda əleyhimizə hansısa qərarların qəbul edilməsinin qarşısını alacaq”.

Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər