Gündəm

Rusiyanın təzyiq metodları: Pomidordan miqrantlara doğru
Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 mini, Qazaxıstanın 49 min vətəndaşı Rusiyada qeyri-qanuni yaşayır.
MUMtv.az  Azvision.az-a istinadən  xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O deyib ki, müxtəlif vaxtlarda Rusiyanın iki qadağasının şahidi olmuşuq. Onlardan biri pomidor, digər miqrantlarla bağı təsir vasitəsidir:

"Hələ ötən ilin sonlarında pomidor ixracına qadağa qoyulan zaman bunun müvəqqəti xarakterli olacağını, mart-aprel aylarına qədər kifayət qədər vəziyyətin dəyişəcəyini qeyd etmişdim. Gözləntilərim özünü tamamilə doğrultdu. Çox keçmədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı artırdı. Bu günə qədər ümumilikdə Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) tərəfindən 96 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 261588 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 145,4 faizini təşkil edir. Göründüyü kimi Rusiyanın qadağaları uzun müddətli və ciddi olmur. Çünki bu, onun özünə də sərf etmir. Müxtəlif səviyyələrdə, fərqli problemlər yaşanır. Buna görə də bu gün verdiyi qərarı 3-5 gün sonra dəyişmək haqda düşünürlər və uzağı 1-2 ay sonra bu baş verir. Mən hər zaman bu kimi davranışları məhəllədə oyanayıb heç kimlə yola getməyən bir uşağın kaprizləri kimi görmüşəm. Onsuz də başqa məhəllənin uşaqları onu yaxına buraxmırlar. Bütün əhatəsi qonşu uşaqlardan ibarətdir, hamı ilə pis olub yaşamaq mümkün deyil. Bunu özləri də gözəl anlayırlar. Ona görə də bu miqrantlarla bağlı verdiyi qərarlar da belə bəsit və aciz qərarlar seriyasındadır".

Ekspert hesab edir ki, qısa vaxtda bu da digər qadağalar kimi sıradan çıxacaq. Çünki Rusiyanın MDB-dən olan miqrantlara heç də az ehtiyacı yoxdur. Bu miqrantlar Rusiya iqtisadiyyatında ucuz işçi qüvvəsi kimi aparıcı rola malikdirlər.

"Təsəvvür edin ki, bir neçə il əvvəl mənə Rusiyadan bir neçə işçı tələb olunan müəssisələrin elanlarını göstərmişdilər. Göstərilən 5 elandan 3-ün üzərində əsas tələblərdən biri kimi yazılmışdı ki, nahar fasiləsində araq içməsin. Bu, ciddi situasiyadır. Oranın işçı qüvvəsində leqal və ya qeyri-leqal fəaliyyət göstərən qeyri-rusların çəkisi inanılmaz dərəcədə əhəmiyyətlidir. Hələ əhəmiyyət bununla bitmir. Rusiya demoqrafik fəlakət yaşayan dünyanı ən pis ölkəsidir. Əhali sayı və sıxlığı azalmaqda davam edir. Azərbaycanda əhali sıxlığı 117 olduğu halda, Rusiya bu rəqəm 8.4-dür. Rusiya əmək qabiliyyətli insanlar və təqaüdçülərin sayının ən aşağı nisbəti olan ölkələr arasında 7-ci yerdədir. Bu dövlət dünya ölkələri arasında ölüm nisbətinə görə 10-cu yeri tutur. 1992-ci ildən 2016-cı ilədək Rusiya əhalisi səkkiz milyon azalıb ki, bu da ümumi əhalinin beş faizini təşkil edir.

Hazırda da bu problem davam edir və Rusiya dünyanın sülh dönəmində əhalisi davamlı şəkildə azalan tək dövlətdir. Bütün bunları Rusiya höküməti çox gözəl bilir. Və onu da bilirlər ki, bu gün vaxt aşırı təzyiq vasitəsi kimi istifadə etdiyi miqrant amili olmasa və Rusiya yalnız rusların ümidinə qalsa, bir neçə əsr sonra millət olaraq mövcudluğu sual altında qala bilər. Buna görə də qeyd edilmiş zamanın məhz 15 iyun olması təsadüfi deyil. O müddətə qədər sadəcə təzyiqin Azərbaycan və Ukraynaya təsir edə biləcəyini, maraqlarına lazımı xidmət edə biləcəklərini zənn edirlər. Lakin düşünürəm ki, istər Azərbaycan tərəfi olsun, istər Ukrayna tərəfi, vəziyyəti gözəl anlayır və vaxtaşırı təkrarlanan belə ucuz təzyiqə ciddi önəm verməyəcək. İstər real vəziyyətin təhlili, istərsə də tarixi təcrübə onu göstərir ki uşaq kaprizlərinə bənzəyən belə təzyiq vasitələri uzunmüddətli olmur".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər