Gündəm

Vəziyyət daha da gərginləşir, Rusiyada hətta nüvə silahının tətbiqi haqda danışırlar
Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbass separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır. Virtualaz.org xəbər verir ki, son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 "Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Böyük Britaniyanın baş naziri Boris Consona zəng vurub və Rusiyaya qarşı dəstək xahiş edib. Telefon danışığı zamanı Donbassdakı vəziyyət, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi müzakirə olunub.

Rusiya ekspertləri isə hətta Donbassda taktiki nüvə silahının tətbiqinin mümkünlüyü haqda danışmağa başlayıblar. Hərbi ekspert Konstantin Sivkov deyir ki, Ukrayna hakimiyyəti Donbassdakı münaqişəyə Birləşmiş Ştatları cəlb etmək üçün bütün mümkün olanı edir. Üstəlik Böyük Britaniya və Almaniya da işə qarışa bilər. Və onun fikrincə, belə vəziyyətdə Rusiya əlini yanına sallayıb boş dayanmayacaq. Ona görə də situasiya nəzarətdən çıxa bilər.

Sivkovun sözlərinə görə, separatçı Donetsk və Luqansk "xalq respublikaları” özləri Kiyevin irimiqyaslı hücumunun qarşısını ala bilməzlər. Ona görə də Rusiya "hökmən müdaxilə edəcək”. Bu da NATO ilə Rusiya arasında Ukrayna ərazisində müharibəyə gətirib çıxaracaq. Onun fikrincə, bu zaman tərəflərdən biri "gərginliyə tab gətirməyə və taktiki nüvə silahını tətbiq edə bilər”.

Sivkov deyir ki, bunun baş verməməsi üçün iki bəyanat vermək lazımdır: əgər Ukrayna Donbassa hücum etsə Rusiya regiondakı vətəndaşlarını (Rusiya yüz minlərlə Donbass sakinlərinə öz pasportlarını paylayıb,-red.) müdafiə etmək üçün mümkün olanı edəcək. İkinci bəyanat: əgər NATO-nun bir üzvü belə münaqişəyə qarışsa Rusiya nüvə silahını tətbiq etmək haqqını özündə saxlayacaq.

Gərginlik Amerika ekspert çevrələrində də müzakirə olunmaqdadır. Vaşinqtondakı Atlantic Council mərkəzinin ekspertləri deyirlər ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsinin iki səbəbi var. Birincisi, Rusiyada yaxınlaşan Duma seçkiləridir, ikincisi isə hakim partiyanın reytinqinin aşağı düşməsidir. Atlantic Council-in Avrasiya mərkəzinin direktoru Con Herbst (Kiyevdəki keçmiş səfir) bildirir ki, Rusiya KİV-lərinin Ukraynanın atəşkəsi pozması haqda feyk məlumatları tirajlaması və sərhədə qoşun cəmləşdirilməsi məhz Kremlin hücuma hazırlaşdığına dəlalət edir.

"Məqsəd Mariupolun və ya Xerson vilayətindəki Dnepr çayından Krıma gedən su kanalının nəzarətə götürülməsi ola bilər. Və yaxud Rusiya Donets və Luqansk "xalq respublikalarına” özünün "sülhməramlı qüvvələrini” yeritmək arzusundadır”,-o bildirib. Herbst hesab edir ki, ola bilsin Rusiyanın məqsədi həm də Ukrayna prezidenti Vladimir Zelenskini qorxutmaq və ABŞ-ın yeni administrasiyasını sınağa çəkməkdir.

"Əgər belədirsə deməli Bayden sınaqdan çıxıb. Çünki ötən həftə Vaşinqton Kiyevi zənglərlə sadəcə olaraq bombardman edib. ABŞ prezidenti özü zəng vurub, habelə onun milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri Mark Milli zəng vurublar. Sonuncu Kremlin mesajı aldığına əmin olmaq üçün üstəlik Moskvaya da zəng vurub”,-Herbst bildirib.

Qeyd edək ki, Türkiyədə Ukraynaya mümkün dəstəyi verir və gözlənilir ki, məsələ prezident Zelenskinin aprelin 10-da Ankaraya səfəri zamanı müzakirə olunacaq.

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər