Gündəm

Cənab nazir, fermerlər dad deyir...
Rusiya qurumu "Rosselxoznadzor” ötən ilin dekabr ayının 10-dan etibarən Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyub. Qadağanın zərərvericilərin Rusiya ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün tətbiq edildiyi bildirilib.

Mumtv.az  Marja-ya istinadən xəbər verir ki, Azərbaycanda alma yetişdirən femerlər və bu məhsulun ticarəti ilə məşğul olan sahibkarlar müflisləşməkdədirlər.

Qubalı fermer Emil Cabarov "Marja”ya bildirdi ki, almaların soyuducularda saxlanılması və xarabolma xərcləri çəkdikləri halda məhulları ixrac edə bilmirlər:
"Bu vəziyyətin nə qədər davam edəcəyini bilmək istəyirik. Kənd Təsərrüfatı Nazirliyindən və Qida Təhlükəsizliyi Agentliyindən dəqiq bir məlumat vermirlər. Yalnız "gözləyin” deyirlər. Nə qədər gözləməliyik? Ya bu problem həll etsinlər, ya da bildirsinlər ki, məsələn, iyun ayınadək alma ixracına icazə olmayacaq və.s Biz də işimizi bilək, xərc çəkməyək - əlimizdəki almaları dəyər-dəyməzinə sataq, ya da məhv edək. Hazırda ağacların budama dövrüdür. Ağacları budamağa əlimiz qalxmır. Əgər növbəti illər də Rusiyaya alma göndərə bilməyəcəyiksə nə üçün xərc çəkməliyik? Həm mənim kimi yüzlərlə saibkar ziyandadır, həm də minlərlə insan işsiz qalıb. Qubaya gəlsəniz bir çox insanın kefinin olmadığını müşahidə edərsiniz”.

Fermer Emil Cabarov bildirdi ki, avqust – noyabr dövründə Rusiyaya 700 ton alma göndərib. Dekabrın 10-dan etibarən Rusiya Azərbaycanda alma idxalına qoyduğundan qalan 160 ton almasını göndərə bilmir:

"Soyuducuda qalmış 160 ton almanın 80 tonu öz bağımdandır, digər 80 tonu Rusiyaya satmaq məqsədilə başqa təsərrüfatlardan 1 kiloqramını 1,10 manatdan almışam. Bir soyuducunun aylıq qiyməti 3 min manatdır. Şərtlərə görə, soyuducunu icarəyə götürən oktyabr-yanvar dövrünün pulunu – 12 min manatı ödəməlidir. Soyuducuda məhsulu 1 ay saxlansa da 12 min manat, 4 ay saxlansa da 12 min manat ödənilməlidir. Növbəti ayların hər biri üçün 3 min manat tələb olunur. Mən 2 soyuducu icarəyə götürmüşəm, yanvarın sonunadək saxlama xərcim 24 min manatdır. Həmçinin məhsulun xarab olması, daşınması xərcləri də var. Bütün bu xərclər qarşılığında məhsulları Rusiyaya göndərə bilmirik”.

Sahibkar əlavə etdi ki, Rusiyaya göndərmək üçün 1.10 manata aldığı almanı 1.30 manatdan aşağı satmaq ziyandır:

"Almanın bir kiloqramını 1.10 manatdan almışam. 1 kiloqram almanın 4 ay soyuducuda saxlanılması xərci 15 qəpikdir. 5 qəpik də xarab olanlara və daışınma üçün nəzərə alınmalıdır. Bu almanın kiloqramını 1.30 manatdan aşağı satsam ziyan edəcəm. Daxili bazara bu məhsulu vermək heç sərf etmir. Bakıda satış üçün almanı 50-60 qəpiyə alırlar. Çıxış yolu yalnız Rusiyaya göndərməkdir. Biz əlaqədar qurumlardan işləri sürətləndirmələrini xahiş edirik”.

ALMA İXRACI KƏSKİN AZALIB

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 29 milyon 500 min dollar dəyərində 72 087 ton alma ixrac edilib. 2019-cu ildə Azərbaycandan 40 milyon 86 min dollar dəyərində 96 892 ton alma ixrac edilmişdi.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında Azərbaycanın bir sıra hüquqi və fiziki şəxslərinə pomidor və alma məhsullarının Rusiyaya ixracına icazə vermişdir. İcazə almış şəxslərin sayı 30 civarındadır. Hələ də yüzlərlə sahibkar icazə gözləyir.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər