İqtisadiyyat

Fermer sahibkarlar üçün xoş xəbər

Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu sahədə kreditləşmə prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb.

Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətini (CLARA) tətbiq etməyə şərait yaradacaq. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək.  Fermerlər Azərbaycan Beynəlxalq Bankının ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər. Azərbaycan Beynəlxalq Bankının korporativ bankçılıq üzrə Baş direktoru  Nərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: "Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”.

 

Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər