Gündəm

Soğan Bakıya çatana qədər 4-6 dəfə, kartof isə 2 dəfə bahalaşır

 

 

 
 
 

Türkiyə yeni ilin ilk günlərindən kartof və quru soğanın ixracını məhdudlaşdırıb. Məhsulunu xaricə satmaq istəyən fermer bundan sonra ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən rəsmi icazə almalıdır. Nazirlik həm də ixrac olunacaq kartof və quru soğanın həcmini müəyyənləşdirəcək.  

Açıqlamada bildirilib ki, bahalaşmanın və qıtlığın qarşısını almaq üçün  hər iki məhsul xüsusi icazə tələb edən mallar siyahısına əlavə edilib. Türkiyə mətbuatı xatırladır ki, ötən il soğanın qiyməti 6-8 lirəyədək (2 manat 50 qəpik-2 manat 70 qəpik) bahalaşıb. Buna görə də Azərbaycandan soğan almaqla qiymətləri tənzimləməyə çalışıblar. Qeyd edək ki, ötən ilin aprelində İran da kartof və soğanın ixracını qadağan etmişdi. 

 DoğruXəbər.az xəbər verirkiVirtualaz.org qonşu ölkələrdə bahalaşma və ixracın məhdudlaşdırılmasının Azərbaycan bazarına təsirini araşdırıb. Bəlli olub ki, ötən il xüsusilə kartof istehsalında rekord göstərici əldə edilib, Azərbaycan yerli istehsalla daxili təlabatı ödəyə bilər. Üstəlik Bakının topdansatış mərkəzlərində, bazarlarda qiymət artımı üçün səbəb yoxdur, baxmayaraq ki, bayramərəfəsi hər iki məhsulun qiymətində cüzi artım müşahidə edilirdi. Hazırda kiloqramı 60-80 qəpiyə satılan soğan istehsalçıdan 15-18,  kartof isə maksimum 45-50 qəpiyə alınır. 

 

1 milyon ton kartof...

 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ötən il ilk dəfə olaraq 1 milyon ton kartof istehsal edilib. Bu isə 2018-ci ilin göstəricisindən 11,7 faiz çoxdur. 

Cəlilabadlı fermerlərin 80 faizi kartof əkib. Kəndli-fermer  Ağa Məmmədov bildirib ki, ötən il 35 hektar sahədə kartof əkib və  hər hektara təxminən 6 min manat xərcləyib. "Kartofun bir kiloqramı əkindən tutmuş, işçi və dərmanlara qədər bütün xərclər çıxmaqla 16-18 qəpiyə başa gəldi. Doğrudur, ötən il Rusiya bazarına məhsul çıxarmaq nisbətən çətin oldu, fermerlərin əksəriyyəti əziyyət çəkdi. Amma məsələn, mən daxili bazarda alıcı tapdım, kiloqramını 30-35 qəpikdən sata bildim. Həm mayanı çıxardım, həm qazancım oldu”, -fermer belə deyib.

 

Fermerin sözlərinə görə, hazırda rayon bazarında yerli kartof 40 qəpikdən satılır.

Gədəbəyli fermer isə bildirib ki, Türkiyənin kartof, soğan satışına məhdudiyyətlər tətbiq etməsi onların xeyrinədir. Çünki hava şəraiti əlverişli olduğundan məhsuldarlıq yüksək olur, alıcı tapmaqda çətinlik çəkməzlər. 

Tovuz kartofunu Gədəbəy kartofuna çevirməyin priyomu

"Kaş, İrandan, Gürcüstandan da kartof gətirilməsi qadağan edilərdi”, -fermer deyib. Əlavə edib ki, yerli bazarda əsasən Gədəbəy kartofuna təlabat yüksəkdir. Baxmayaraq ki, İran kartofu qiymətlərə görə yerli məhsulları sıxışdıra bilir. "Artıq payızlıq əkin yekunlaşıb. Məhsulları yaza qədər saxlamağa imkan var. Məhsul boldur, bahalaşmaya səbəb yoxdur”. 

Fermerin sözlərinə görə, bazarlarda Tovuz, Şəmkir məhsullarını Gədəbəy kartofu kimi satanlar var: "Eşitdiyimə görə, rayonda yerlər icarəyə götürüb məhsulları saxlayırlar, sonra Gədəbəy kartofu kimi bazara çıxarırlar. Daha çox qonşu rayonun alverçiləri beş-on qəpik üçün bu variantlara əl atırlar. İstənilən halda isə yerli məhsullar xarici məhsullardan qat-qat keyfiyyətlidir”. 

18 qəpikdən alıb 60 qəpiyə satırlarsa...

Bərdəli fermer isə deyib ki, ötən il soğanın məhsuldarlığı yüksək olub, hər hektardan 50-70 kilo soğan yığıb. 

Hazırda Bakı bazarlarında kilosu 60 qəpiyə satılan soğan fermerlərdən 10-15 qəpiyə alınıb. "Bildiyim qədər xaricdən soğan gətirilmir, əksinə Azərbaycan soğan satır. Xarici ölkələr satışa məhdudiyyət qoysalar da, yerli istehsalla təlabatı ödəmək mümkündür. Hazırda yerli bazarlarda bahalaşma gözlənilmir, çünki məhsul boldur, hələ bundan sonra cücərməyə başlayacaq, anbarlara veriləcək”. 

Fermer əlavə edib ki, Türkiyəyə soğan satmaq ona və onun kimi bir çox fermerə sərfəli deyil, çünki maya dəyəri baha başa gəlir. 

Azərbaycan soğan ixrac edir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, daxili bazarda təlabat yarandırda ixraca ehtiyac qalmır. Hazırda ölkəmizdə kartof, soğan qıtlığı və bahalaşma ilə bağlı narahatçılıq yoxdur, çünki istehsal kifayət qədərdir: 

"Azərbaycan bir neçə ölkəyə soğan satır, artıq quru soğanın ixrac ənənəsi formalaşır. Sifarişçilər arasında təkcə Türkiyə, Rusiya deyil, Avropa ölkələri də var”. 

Fikrətzadənin sözlərinə görə, artıq sahibkarlar qrupu var, ixtisaslaşma getdikcə dərinləşir, əkin planlaşdırması aparılır, o cümlədən bazarlarda müşahidələr edilir. 

Türkiyə, Rusiya və bir neçə Avropa ölkələrindən fərqli olaraq Azərbaycan kartof, soğan ixracına məhdudiyyətlər tətbiq etmək niyyətində deyil. 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər