İqtisadiyyat

Yeni bahalaşma dalğası gözlənilir... - Ətin qiyməti qalxır...

 
 
 
 
 
 
 
İstehsalçı ölkələrdə müəyyən qrup məhsulların qiymət artımı baş verdikdə, Bakıdakı ticarət obyektlərində də ətin, xüsusilə də ölkəmizdə populyar olan qoyun ətinin qiyməti artır. Bunu iqtisadçılar idxal olunan inflyasiya adlandırırlar.

Adətən qoyun ətinin bahalaşması hər il Qurban Bayramı ərəfəsində gözlənilir. Bu il də Qurban bayramına qədər 1 kq quzu ətinin qiyməti 13 manat idi. Qiymət artımının qarşısını, ölkə xaricindən təxminən 20 min baş qoyun alan və çəki dərəcəsinə görə 160, 170 və 180 manata onun satışını təşkil edən Kənd Təsərrüfatı Nazirliyi aldı.

Lakin hazırda quzu ətinin qiyməti 14 manata qalxıb ki, bu da 7,6% artım deməkdir. Bununla yanaşı, sümüksüz qoyun ətinin kilosu bir çox supermarketlərdə 15 manatdır (8,8 dollar).

Qoyun əti bazarında qiymət artımı iki məsələ ilə bağlıdır: Birincisi, yemin qiymətlərinin artması hesabına ölkə daxilində istehsal dəyərinin artması ilə, ikincisi, idxal olunan mal-qaranın baha olması ilə.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 213,2 min ton ət istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,7% çoxdur.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarının yekunlarına görə, ət idxalı (eyni zamanda, quş əti) 33,210 min tona çatıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3,024 min ton, yaxud 10% çoxdur.

Ət idxalına 50,138 milyon dollar ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,478 milyon dollar, başqa sözlə, 14,5% çoxdur.

Bununla yanaşı səkkiz ayın yekunlarına əsasən Azərbaycanın ixrac etdiyi ətin dəyəri cəmi 545,5 min dollar təşkil edib.

Belə ki, il ərzində Azərbaycana idxal olunan bir kiloqram ətin dəyəri 2018-ci ilin avqust ayının əvvəlində 1,45 dollardan (2,5 manat) bu günə kimi 1,5 dollara (2,57 manat) qədər artıb.

Yəni ət idxalının artım tempi bu məhsulun istehsalından dörd dəfə çoxdur və nəticədə idxal qiymətlərinin daxili bazara təsiri də artır.

Ətin qiymətlərinin artımı bir sıra MDB ölkələrində də müşahidə edilir. Ötən illə müqayisədə Qazaxıstanda ətin bütün növlərinin qiymətində artım müşahidə olunur. Belə ki, toyuq ətinin qiymətində artım 18,6% olub və hazırda qazaxlar toyuq əti üçün 897,9 təngə (2.31 dollar) ödəyirlər. Quzu əti 16,8% (1676 təngə, 4,31 dollar), mal əti isə 15,1% (1748 manata qədər, kiloqram üçün 4,49 dollar) bahalaşıb.

Qazaxıstanda ətin qiymətinin Azərbaycandan aşağı olması heç kəsi təəccübləndirməməlidir. Çünki bu ölkənin özü ət və ət məhsullarının əsas ixracatçılarından biridir.

Azərbaycanda qoyun ətinin pərakəndə satış qiymətləri Moskva bazarlarındakı qiymətlərlə müqayisə olunur. Son 12 ay ərzində Rusiyanın bölgələrində qoyun əti 15% artaraq 1 kiloqram üçün 420 rubla (6.47 dollar), Moskvada pərakəndə satış qiyməti 21.5% artaraq təqribən 537 rubla (8.28 dollar), Sankt-Peterburqda isə - 26% artaraq 511 rubla (7.88 dollar) çatıb.

Əlbəttə ki, ölkədə heyvandarlıq və xüsusilə də qoyunçuluğun inkişafına ehtiyacın olduğunu deyə bilərik. Ancaq unutmayaq ki, Azərbaycanda əkinçiliyə yararlı ərazilər çox məhduddur və bir sıra otlaq və ot sahələri əkin sahələri kateqoriyasına düşür. Bununla da heyvandarlıq üçün yem bazası azalır.

Nəticədə əhalinin artımını nəzərə alaraq, ölkəyə mal-qara idxalının daha da artacağı proqnozlaşdırılır.

Yeganə çıxış yolu, qiymətli qida məhsulu olan əti əldə etmək üçün yoxsulların maddi imkanlarını genişləndirməkdir. Bu il minimum əmək haqqı və pensiyaların sürətli artımını nəzərə alsaq, bu istiqamətdə mühüm addımın atıldığını qeyd edə bilərik.

Əgər əhali artımı ilə əlaqədar olaraq ət idxalı artsa və buna müvafiq olaraq da ətin qiymətlərində bahalaşma qeydə alınsa, hansı ki, bu, obyektiv və qaçılmaz bir prosesdir, onda ətin qiymətinin artmasının mənfi təsirini daha yüksək gəlirləri olan azərbaycanlıların hesabına uğurla aradan qaldırmaq olar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin sonuna ölkəyə 70.075 milyon dollar və ya hər kiloqram üçün 1.48 dollar dəyərində 47.399 min ton ət idxal edilib.

Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər