Gündəm
Gündəm / Dünya
Paşinyan diaspor komissarını Rusiyaya göndərir
Ermənistanın Diaspor işləri üzrə baş komissarı Zare Sinanyan Rusiyaya səfərə gedir.
Azvision.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın göstərişi ilə Sinanyan 24 fevral - 7 mart tarixlərində Rusiyada olacaq.
O, Moskva, Tümen, Çelyabinsk, Yekaterinburqda görüşlər keçirəcək. Səfərin məqsədi Rusiyada fəaliyyət göstərən erməni strukturları, işgüzar dairələr və jurnalistlər ilə əməkdaşlıq məsələlərinin müzakirəsidir.
Xatırladaq ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra erməni diasporu, xüsusilə Rusiyadakı erməni təşkilatları Paşinyanı sərt tənqid edir, onu istefa verməyə çağırır.