mumtv.az
mumtv.az

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: - "Hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik"

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: -
17-04-2021, 12:38 67 dəfə baxılıb

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI:
MUMtv.az: - "ABŞ-da baş tutmuş sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutları Rusiya ilə iş sahəsində ciddi paradiqma dəyişikliyi edib. Düşünürəm ki, bu mərhələdə kəskin - gərgin strateji rəqabətin və mübarizənin şahidi olacağıq”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə Rusiyaya yönəlik daha aqressiv və geosiyasi pressinq xarakterli strateji kurs reallaşdırılacaq:

"Son 7 il ərzində Rusiyanın mövqeyinin möhkəmləndiyi regionlara ABŞ tərəfindən aktiv geoiqtisadi müdaxilələr ediləcək. Təbii ki, Rusiya ənənəvi təsir dairələrində mövqeyinin zəifləməməsi üçün həm ciddi müqavimət göstərəcək, həm də yeni həmlələrlə çıxış edəcək. Hətta bu güc mərkəzlərinin bəzi regionlarda dəstəklədiyi qüvvələr arasında lokal hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik.

Yeni mərhələdə ABŞ-ın xarici siyasətində Rusiyanı birbaşa maraqlandıran kardinal dəyişikliklərdən biri Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri olacaq. Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi proqnozlaşdırıla bilər”.

Politoloq qeyd edib ki, bunlarla yanaşı, Rusiyanın sərhədlərində və Moskvanın öz "sərhəd təhlükəsizliyi zonası" hesab etdiyi ərazilərdə NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində də bir sıra addımların atılacağı gözlənilir:

"Lakin Rusiyanın Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə yaxınmüddətli perspektivdə hərbi-siyasi mövqeyinin zəifləyəcəyini düşünmürəm. Onsuz da, paradiqma dəyişikliyindən sonra və yeni strateji kursun fonunda ABŞ-ın bu ərazilərdə situasiyanı öz lehinə dəyişdirmək planı ortamüddətli perspektivə hesablanıb. Lakin bu prosesə start verilməsi fonunda Avrasiyanın bəzi "qaynar nöqtə"lərində də zaman-zaman tərəflərin birbaşa və dolayı iştirakı ilə hərbi-siyasi hərəkətlənmələrin olacağı qənaətindəyəm.

Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini düşünürəm. Lakin "sanksiya immuniteti” formalaşmış Rusiyanın bu embarqolardan ciddi təsirlənəcəyi qənaətinə gəlmək olmaz. Moskva alternativ hərbi-siyasi və iqtisadi vasitələrlə bu embarqonun neqativ nəticələrini müəyyən qədər kompensasiya edə biləcək”.

N.Qələndərli bildirib ki, bütövlükdə, beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidi sürətləndirəcək ABŞ-Rusiya strateji mübarizəsinin növbəti və daha gərgin fazası başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA