Gündəm

Məmurlara 3 aya tətbiq olunacaq qanun 16 ildir gecikir:
Azərbaycanda dövlət qurumlarında korrupsiya, qanunsuz mənimsəmələr, rəqəmlərin şişirdilməsi, büdcədən ayrılan vəsaitlərin qeyri-şəffaf xərclənməsi kimi halların olması artıq rəsmi olaraq etiraf olunur.

Müzakirələrdə, müşavirələrdə bu kimi hallarla bağlı iradlar səslənir. Eləcə də vəzifəsindən kənarlaşdırlan, bəzən isə vəzifədə olan məmurlar əmlaklarının siyahısı mətbuat orqanlarında, sosial şəbəkələrdə yer alır. Siyahının uzunluğu isə sadə vətəndaşlarda heyrət doğurmaya bilmir.

Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində dövlət qulluğunda çalışan şəxslərin gəlirləri cəmiyyətə açıqlanır. Azərbaycan qanunvericiliyində də bu məsələ öz həllini tapıb. Hələ 2005-ci ildə "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunun tətbiqi isə 16 ildir ki, gecikir.

Ötən müddət ərzində bu məsələ dəfələrlə gündəmə gəlib. Hökumətin bir sıra sahədə islahatlar apardığı, şəffaflığın təmin olunmasında maraqlı göründüyü son illərdə isə adı qısaca olaraq "gəlir deklorasiyası” qanunu adlandırılan qaydaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Bəs bu qanun indi niyə öz tətbiqini tapmır?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gəlir deklorasiyasının təqdim edilməsi haqqında nəinki çoxdan qanunvericilik hazırlanıb, hətta Nazirlər Kabinetinə bu qaydaların işləməsi üçün mexanizmlərin yaradılması üçün 3 ay vaxt verilib:

"Amma indi bundan 3 ay yox, 16 ilə yaxın bir vaxt keçir. Qaydalar tətbiq olunmayıb, belə bir sistem də yaradılmayıb. Təbii ki, buna səbəb maraq qruplarının olmasıdır. Əgər bununla bağlı hakimiyyət tərəfindən hansısa addımlar atılmırsa, deməli maraq qrupları buna mane olur. Çünki onlar gəlir deklorasiyasını elan etsələr məlum olacaq ki, illik gəliri 10-15 min manat olan məmur milyonlarla dəyəri olan evlərdə yaşayır, 100 minlərlə dəyəri olan avtomabillər sürür. Qaydaların tətbiqinə maneəçiliklərin yaradılması sistemli şəkildədir. Əks təqdirdə, çox qısa zaman müddətində bu qaydaları tətbiq edərdilər”.

İqtisadçı hesab edir ki, gəlir deklorasiyası qaydalarının təsdiq olunması üçün örnək addımların atılmasına ehtiyac var:

"Ölkə rəhbərliyi birbaşa bu məsələyə müdaxilə edib, özü ilk olaraq gəlir deklorasiyasını açıqlasa, bu digər məmurlara da dərs və örnək olar. Məcburiyyətdən bu addımın atılması üçün şərait yaradılardı. Nə qədər ki, maraq qruları mövcuddur, bu qərarın tətbiqində kifayət qədər əngəllərlə qarşılaşacağıq”.

Natiq Cəfərli qeyd etdi ki, gəlir deklorasiyası ilə bağlı məsələ uzun müddət Rusiyada da müzakirə olunub:

"Amma bir neçə il öncə Baş nazir və Prezident öz deklorasiyalarını açıqladılar. Təqribən 6-7 ildir ki, Rusiyada hər il mart-aprel aylarında gəlir dekolorasiyalarının açıqlanması ənənəsi yaranıb”.

İqtisadçı bildirir ki, bu qaydaların tətbiqi baş tutarsa, bir sıra neqativ halların qarşısı alınar:

"Artıq bir sıra məmurlar qanunları o dərəcədə heçə sayırlar, o qədər cəzasızlıq mühiti formalaşıb ki, təxminən 10-15 il əvvəl məmurlar daşınan, daşınmaz əmlaklarını yaxın qohumlarının adlarına rəsmiləşdirirdilərsə, indi çəkinmədən ya birbaşa öz adlarına, ya da həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Bu qaydalar qəbul olunarsa, bilərdik ki, rəsmi şəkildə kimin nəyin var və kim hansı maaşla, gəlirlə bugünkü həyat şəraitini formalaşdırıb. Bu bir düzən yaradar, ən azı məmurların etk qaydalara riayət etməsinə səbəb olar”.


Oxunub: 189

Son xəbərlər

Sabah 25 dərəcə isti olacaq

Putinin maketi karnavalda təqdim edildi

Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Zelenski dünya liderlərinə müraciət edəcək

Türkiyə qırıcıları Bakı səmasında

Prezident Roma Papasına məktub göndərdi

Azərbaycanda polis havaya ATƏŞ AÇDI

Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

Naxçıvan əhalisinin sayı artıb

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

"Hubble" teleskopu kainatda unikal yerin şəkilini çəkdi

Taleyin ağır sınaqlarına sinə gərən sənətkarın etirafları // MÜSAHİBƏ

Bu gün Əfv komissiyasının sonuncu iclası keçiriləcək

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş - VİDEO

ASCO-nun sədr müavini İŞDƏN ÇIXDI

"Dünyada qaçqınların sayı 100 milyonu ötüb" - BMT

Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Metroda qadının çantasından telefon və pul oğurlandı

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

“AZƏRLOTEREYA”NIN “MİSLİ” GÖRÜNMƏMİŞ YALANI - əhalini qumarbaza, ölkəni qumarxanaya çevirənlər - ARAŞDIRMA

Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti niyə düşmür?

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər