Gündəm

Sahibkarlıq üçün
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Bununla bağlı "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə səsə qoyularaq qəbul edilib. Xatırladaq ki, bundan əvvəl müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun qəbul edilərkən məqsəd olaraq sahibkarlığın inkişafının stimullaşdırılması olduğu bildirilirdi:

"Lakin bu qanun qəbul olunduğu tarixi şəraitə baxsaq görərik ki, bu Azərbaycanda baş vermiş devalvasiyadan sonra ciddi zərbə almış sahibkarlıq fəaliyyətini ayaqda saxlamaq üçün dövlətin bir sıra tədbirlər silsiləsindən ibarət idi. 2015-ci ilin oktyabrında qəbul edilmiş bu qanunun 2021-ci il yanvarın 1-dək dayandırılması nəzərdə tutulurdu. Həmin tarix artıq geridə qalsa da bu qanunun şamil edilmə müddəti 2022-ci il yanvarın 1-dək uzadıldı. Əslində bu, gözlənilən idi. Çünki hazırda buna çox ehtiyac var".

E.Əmirov hesab edir ki, hələ növbəti illərdə də bu uzadılmaları bir neçə dəfə təkrar müşahidə edəcəyik:

"Sual oluna bilər niyə? Əvvəla ona görə ki, onsuz da bu qanun sahibkarları yoxlamalardan tam azad etmir. Qanunun 2.1-ci maddəsinə görə isə vergi və maliyyə yoxlamaları, gömrük auditi, özəl tibb fəaliyyəti üzrə yoxlamalar, qida təhlükəsizliyi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti və digər 15-ə yaxın müxtəlif istiqamətlərdə yoxlamalar aparıla bilər. Göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qəbul edilən qanunun özündə belə kifayət qədər yoxlamaların aparılmasına icazə verilir.

Demək ki, onsuz da yetərincə yenə də yoxlama istiqamətləri saxlanılıb. Başa düşürəm, elə sahələr var ki, ona nəzarət və yoxlama vacibdir. Amma bunu ən mümkün minimum səviyyədə saxlamaq lazımdır. İndi təsəvvür edək ki, yoxlanışa qadağa qoyan qanun belə 15-dən çox istiqamət üzrə yoxlamaya icazə verirsə, bu qanun qüvvədən düşəcəyi təqdirdə yoxlama halları nə qədər artacaq.

Buna görə də 2022-ci ildə bu qanunun şamil edilmə tarixi bitdikdən sonra bu sahədə daha təkmil bir qanun layihəsi hazırlanmalıdır. Elə bir qanun layihəsi ki, orada öncə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallara qarşı ciddi mübarizə, bundan kənar hallarda isə sahibkarlıq subyektlərinin inkişafı üçün geniş meydanın yaradılması təmin edilsin".

Ekspert düşünür ki, gələn il olmasa belə, zaman keçdikcə biz daha effektiv qanunların və tədbirlərin şahidi olacağıq:

"Çünki iqtisadi inkişaf arzusu bunu tələb edir. Əgər qeyri-neft sektorunun inkişafını prioritet olaraq seçiriksə, sahibkarlıq üçün "yaşıl” mühit yaradılmalı və o mühitə xələl gətirən istənilən maneə aradan qaldırılmalıdır".

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər