Gündəm

BDU-dakı qanlı bıçaqlanmada Abel Məhərrəmov

MUMtv.az: - Bakı Dövlət Universitetinin rektorunun (BDU) maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, həmin universitetin əməkdaşı, paytaxt sakini, 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb.

Qanlı olays icra edən İsmixan Mirzəyevlə bağlı bugünlərdə "Yeni Müsavat” da məlumat yazmışdı. Həmin məlumata görə, İsmixan Mirzəyev Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovu məhkəməyə vermişdi. İyunun 9-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə bəlli olmuşdu ki, BDU-nun keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmov evində və obyektlərində tikinti-təmir işləri gördürsə də, işləri görən insanların pullarını ödəməyib. Ona görə də hakim Abel Məhərrəmovun üzərinə iddiaçı İsmixan Mirzəyevə 811 min manat ödəmək öhdəliyi qoyub.

İsmixan Mirzəyevin iddiası əsasında, Abel Məhərrəmovla yanaşı, BDU-nun keçmiş prorektoru Nəbi Ramazanlı da cavabdeh qismində prosesə cəlb olunub. Çünki Abel Məhərrəmovun imarət və obyektlərinin tikintisinə sabiq prorektor rəhbərlik edib. İsmixan Mirzəyev çox vaxt danışıqları onunla aparıb. Onun iddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtda 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir.

Yaxud da Abel Məhərrəmova məxsus olduğu iddia edilən "Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əmək haqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pullarının ödənilmədiyi məhkəmədə bildirilib. Bütün bunlar isə məhkəmədə quraşdırılan kameraların yaddaşına köçürülüb. Lakin hakim Vahid Hacıyevin məhkəmə zalında qətnamənin "qət etdi” hissəsi oxunsa da, sonradan sabiq rektorun əleyhinə qətnamə geri oxunub.

Abel Məhərrəmovun vəkili isə birmənalı deyib ki, məhkəmə şikayəti rədd edib, bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub.

Şikayətçi tərəf olan İsmixan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: "Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apelyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək aparacağıq”.

Bu xəbərlərdən sonra adı Abel Məhərrəmovla məhkəmə çəkişməsində keçən İsmixan Mirzəyevin BDU rektoru Elçin Babayevin müşaviri və komendantı ilə qanlı insidenti haqlı suallar doğurur.

"Yeni Müsavat”

Son xəbərlər

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Bütün xəbərlər