Hadisə
Hadisə
14.05.2020, 10:42
Bakıda 12 yaşlı uşağı soydular

Bakının Nərimanov rayonunda soyğunçuluq olub.
Lent.az -dan əldə etdiyimiz məlumata görə, mayın 4-də saat 17 radələrində rayonun A.M.Cümə küçəsində naməlum şəxs 2008-ci il təvəllüdlü V.Mikayılovun cibindən mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini 2002-ci il təvəlüldlü B.Məmmədov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 21-də, saat 22 radələrində Bakı sakini B.Əzizovun Nərimanov rayonu Ə.Vahid küçəsindəki mağazanın kassasında qoyduğu pulu oğurladığı da müəyyən olunub.
Son xəbərlər
Lukaşenkodan şok açıqlama: “Putinlə ciddi danışıqlar aparacağıq”
Gündəm / Siyasət / Dünya
25.06.2022
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Cəmiyyət / Hadisə / Səhiyyə
24.06.2022