Gündəm

AKADEMİK VİLLALARINDA, BAĞINDA, RESTORANLARINDA İŞLƏTDİYİ USTALARA OLAN BORCUNU VERMİR

MUMtv.az: - Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub.

Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.

Gununsesi.info məhkəmə sənədlərinə istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.

Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan); mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat; qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 (iyirmi min) manat; şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat; sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan); ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödməli olduğu vəsaiti ödəməyib.

Bundan başqa rektor özünəməxsus "Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.

Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.

Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki "Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların və s. Hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 (altmış beş min) manat ödənilməyib.

Abel Məhərrəmov ina etibar edən usta briqadasına Nabranda da "atıb”.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində "El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat; barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib. Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.

Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb.

Dünən keçirilən məhkəmədə iddia təmin olunub.//dia.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər