Gündəm

 “Bakılift -2”nin sabiq rəhbəri yenidən məhkəmə qarşısında

 

 

 

 

 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mınimsəmədə ittiham olunan "Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mmutv-in xəbərinə görə, prosesdə Ruslan Dilanov ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitlər son qəpiyinə qədər xərclənib, smetadan kənar heç bir xərc olmayıb.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, rəhbərlik etdiyi "Bakılift-2"yə pullar bank vasitəsi ilə köçürülüb. Həmin məbləğ binalardakı liftlərin təmirinə və quraşdırılmasına xərclənib: "Dövlətdən 985 min manat pul almışam. Həmin pulun 270 min manatını vergiyə ödəmişəm. Rəsmi sənədlər də bunu təsdiq edir. Sosial müdafiyəyə, əlavə dəyər vergisinə, gəlir vergisinə, işçilərin maaşına verilən pullar hesablanmır. Halbuki bütün bu xərclər 985 min manatdan çıxılıb".

Tərəflərin suallarını cavablandıran R. Dilanov liftlərin quraşdırılması üçün fəhlələrə ödənilən məbləğlərin rəsmiləşdirilmədiyini qeyd edib.

Məhkəmə prosesi fevralın 5-də davam edəcək.

İttihama görə, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün pul vəsaiti ayrılıb. Həmin vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.

İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir.

Törətdiyi əmələ görə, R.Dilanova qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb./virtual

Son xəbərlər

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Bütün xəbərlər