Gündəm

Abel Məhərrəmovun diplomat oğlu:
MUMtv.az: - Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Modern.az xatırladır ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Anar Məhərrəmov 2 fevral 1978-ci ildə Bakı şəhərində doğulub. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin magistri olub.

2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsində də magistr dərəcəsini bitirib. 2017-ci ildə Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası üzrə professor təhsili alıb. 2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti olub.

A.Məhərrəmov 2013-cü ildə hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

O, Əmək fəaliyyətinə 2000-ci ildə Xarici İşlər Nazirliyində başlayıb. 2000-2006-cı illər ərzində nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent, attaşe, üçüncü katib, ikinci katib vəzifələrində işləyib. 2006-2010-cu illərdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində ikinci katib, birinci katib, müşavir vəzifələrində çalışıb. 2010-2013-cü illərdə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Anar Məhərrəmov Hüquq və müqavilələr idarəsində rəis müavini postunun tutub. A.Məhərrəmov 2013-2016-cı illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəisi işləyib.

2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Bu ilin aprel ayında səfir vəzifəsindən geri çağırılıb.

İspan, ingilis, rus, türk dillərini bilir.

Evlidir, üç övladı var.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər