Hadisə
Hadisə
12.05.2020, 16:54
Bakıda 20 manata görə adam bıçaqladılar

Yasamal rayonunda adam bıçaqlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Mumtv.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, hadisə mayın 10-da Yasamal rayonu ərazisində baş verib.
Üç nəfər Bakı şəhər sakini O.Həsənovla mübahisə edib. Onlardan biri O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alıb.O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.
28-ci Polis Bölməsinə daxil olan məlumat əsasında dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./Sonxeber.az/
Son xəbərlər
Lukaşenkodan şok açıqlama: “Putinlə ciddi danışıqlar aparacağıq”
Gündəm / Siyasət / Dünya
25.06.2022
Azərbaycanda tanınmış klinika fəaliyyətini dayandırdı - VİDEO
Cəmiyyət / Hadisə / Səhiyyə
24.06.2022