Gündəm

 
Mumtv.az bildirir ki,bu ilin avqust ayının 7-də korrupsiya əməllərinə görə həbs edilən Kürdəmir rayonun İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı  PİA.AZ-a ilginç məlumat daxil olub.

Kürdəmirdən verilən məlumatda bildirilir ki, Ceyhun Cəfərov dövlətdən oğurladığı külli miqdarda vəsaitlər hesabına məşhur iş adamı , "tender kral”ı kimi tanınan Ramazan Mirzəyev və yaxın qohumu, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat Rəhbəri, dövlətin milyonlarla manat vəsaitini mənimsədiyinə görə həbs edilən və daha sonra mənimsədiyi pulların bir hissəsini geri qaytararaq azdalığa çıxan Vidadi Zeynalovla birlikdə Kürdəmir rayonunda böyük bir təsərrüfat müəsissəsi aqropark yaradıblar. Bu təsərrüfat müəsissəsinin adı isə Kürdəmir rayonunun Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan toxumçuluq üzrə ixtisaslaşmış "Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Hazırda adı çəkilən müəsissənin sahibi iş adamı Ramazan Mirzəyev göstərilsə də müəssissənin payçıları arasında kölgədə qalan digər iki şərik – Ceyhun Cəfərovla Vidadi Zeynalovda var.

Məlumata görə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gətirilən
"Qlobal Aqro” MMC-yə 6 milyon manatdan artıq vəsait xərclənib.

Məlumatda vurgulanır ki, Kürdəmirin Pirili kəndi və Karrar qəsəbəsi ərazisində yaradılan "Qlobal Aqro” MMC aqroparkın 2000 hektar yararlı əraziyə malikdir. Ceyhun Cəfərov icra başçısı oldğu vaxtı Kürdəmir İcra Hakimiyyətinin balansında olan yararlı torpaq sahələrinin böyük bir qismi ucuz qiymətə "Qlobal Aqro” MMC-yə uzun müddətli icrayə verilib.

Qeyd edilir ki, Ceyhun Cəfərovun həbs edilməsi qohumu Vidadi Zeynalovla şəriki Ramazan Mirzəyevdə böyük şok yaradıb. Çünki istintaq nəticəsində Ceyhun Cəfərovun cinayətlərinin bir ucu da məhz onların birlikdə qurduqları "Qlobal Aqro” MMC-yə qədər gəlib çıxa bilər. Bundan başqa istər Ramazan Mirzəyevin, istərsə də Vidadi Zeynalovun həbs edilən icra başçısı ulə çoxlu qaranlıq işləri də mövcuddur. PİA.az-a danışan mənbə bildirib ki, istintaq orqanları Ceyhun Cəfərovun Kürdəmirdə icra başçısı olduğu vaxtları daha dərindən araşdırsalar, o zaman şərikləri ilə yaratdığı "Qlobal Aqro” MMC ilə bağlı lazımı sübutları əldə edə biləcəklər.

Xatırladaq ki, keçən il ölkə mətbuatında Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan "Qlobal Aqro” MMC-nin rəhbərliyi ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında maxinasiya baş verdiyi barədə məlumatlar yazılıb. Həmin məlumatda deyilirdi ki, "Qlobal Aqro” MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Ramazan Mirzəyev tərəfindən mənimsənilərək milyonlarla manat dövlət vəsaitini mənimsədiyinə görə həbs edilən və sonradan azadlığa çıxan Vidadi Zeynalovun dövlətə vurduğu zərərin bir hissəsini ödənilməsinə yönləndirilib. Yəni Vidadi Zeynalovun dövlət büdcəsinə vurduğu külli-miqdarda ziyanın bir hissəsi yenidən büdcədən mənimsənilərək ödəlib. Məlumatda o da qeyd olunurdu ki, Ceyhun Cəfərov və onun üzv olduğu "mütəşəkkil dəstə” dövlətdən oğurladıqları pullarla "boss”ları Vidadi Zeynalovun borclarını ödədikdən sonra "Qlobal Aqro” MMC-nin inşasını Kürdəmir rayonunda fəaliyyət göstərən dövlət müəssisələrinə və yerli sahibkarlara "yükləyiblər” və "Qlobal Aqro” MMC əslində yerli sahibkarlardan zorla və təhdidlə toplanan pullar əsasında ərsəyə gəlib.

Qeyd edək ki, bu ilin fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro” MMC-nin aqroparkının təqdimatı olub. Həmin təqdimat mərasimində prezident İlham Əliyevdə iştirak edərək aqroparkda görülmüş işlərkə tanış olub. Məsələnin maraqlı tərəfindən biri də odur ki, açılışı edilən və milyonlarla manat vəsait "yuyulan” müəssissənin şəriklərindən birinin Vidadi Zeynalov olduğu prezidentdən gizlədilib.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər