Gündəm

Niyə məhz KƏLBƏCƏR?
MUMtv.az: - Ötən il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələri yenidən "canlanmağa” başlayıb. Atəşkəs razılaşmasını heçə sayan erməni tərəfi xüsusilə Kəlbəcər istiqamətində təxribatlara əl ataraq, dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.

Məğlub Ermənistanın 10 noyabr bəyanatına zidd olaraq atəşkəsi pozması regionda sülh və təhlükəsizliyi aşkar şəkildə təhdid altına alır. Nədənsə, ATƏT-in Minsk qrupu və digər güclər Yerevanın təxribatlarına göz yumaraq, heç nə olmamış kimi davranırlar. Bu isə gərginliyi daha da alovlandırır.

Prosesləri incələyəndə ortaya bir çox suallar çıxır: Niyə Kəlbəcər hədəf seçilib? İrəvanın sərhəd oyunu nəyə hesablanıb?

Sərhəd təxribatlarının səbəbləri barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov prosesin Ermənistanda parlament seçkilərindən sonra məqsədli şəkildə çətinləşdirildiyini bildirib. Onun fikrincə, İrəvan hakimiyyəti bununla regiona yeni oyunçular cəlb etməyə can atır.

"Ermənistanın baş naziri Nikol Paşinyan və komandası seçkidən sonra bəyan etdi ki, onlar yenidən Qarabağa iddia edib, yeni şəraitdə bu siyasəti davam etdirmək niyyətindədir. Bu səbəbdən Paşinyan sülh sazişinə qol çəkməkdən imtina edib. Ermənilər bu siyasətin davamının təhlükəli olacağını dərk edirlər. Bilirlər ki, Azərbaycan ordusunun qarşısında acizdirlər, Qarabağa yenidən iddia etmək siyasətini həyata keçirə bilməyəcəklər. Belə olan halda, hansısa beynəlxalq oyunçuların regiona müdaxilə edib, sərhəddə müşahidəçilik etməsini hədəfləyirlər. Beləliklə, sərhəddə təxribatları artırmaqla diqqət çəkmək, onların istəklərinə müsbət yanaşacaq beynəlxalq təminatçını öz siyasətlərinə daxil etmək istəyirlər”.

T.Zülfüqarov hesab edir ki, ermənilərin Rusiyaya etibarı azalıb:

"Onlar əmin deyillər ki, nə isə olsa, ruslar gəlib, erməniləri müdafiə edəcək. İndiki mərhələdə ermənilər üçün ideal vəziyyət qərb oyunçularını regiona cəlb etmək olacaq. Bu sahədəki missiyası qərbdən təşkil olunmuş beynəlxalq qüvvələrin sərhədə gəlməyini istəyirlər”.

Atəşkəsin Kəlbəcər istiqamətində tez-tez pozulmasına diqqət çəkən sabiq XİN rəhbəri bunun məqsədli şəkildə həyata keçirildiyini vurğulayıb:

"İndiki mərhələdə Kəlbəcərin kommunikasiyaları sabit deyil. Azərbaycanın hərbi gücü və texnikanı ora aparmaq üçün müxtəlif imkanlardan, o cümlədən Ağdərədən keçən yoldan istifadə etməyi labüddür. Ermənilər bunu nəzərə alaraq, düşünürlər ki, guya o istiqamətdə Azərbaycanın imkanları azdır. Təxribat məqsədilə Kəlbəcərin seçilməsinin səbəbi budur. Amma yanaşma yanlışdır. Azərbaycan ordusunun sahib olduğu bir çox silahın imkanları kifayət qədər genişdir, silahlarımız elə saxlandığı yerdən, uzaq məsafədən düşmənə sarsıdıcı zərbələr endirə bilər. Ermənilər həmişəki kimi kor-koranə təxribat yaradır, onun acı nəticələrini hiss edirlər”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər