Gündəm

Ermənilərin hay-həşiri, Makronun həyəcanı, Bakının bəyanatı
Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik əsas müzakirə mövzusudur. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvana ünvanlanan tövsiyyə xarakterli bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan ilə Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

"Belə ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir. Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır”, – deyə bəyanatda qeyd edilir.

Xarici işlər naziri Ceyhun Bayramov dünən gecə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde və rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. ABŞ Dövlət Departamenti isə Azərbaycan və Ermənistana çağırış edərək hər iki tərəfi təmkinli olmağa səsləyib. Dövlət Departamentinin sözçüsü Ned Praysın adından yayılan açıqlamada ABŞ-ın prosesləri dərindən izlədiyi qeyd olunub.

Bu arada Fransa Prezidenti Emmanuel Makron rəsmi "Facebook” səhifəsində erməni dilində belə bir paylaşım edib: "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib. Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm ki, Fransa sizinlə həmrəydir və belə də qalacaq”.

Makronun bu statusu sosial şəbəkədə kəskin etirazla qarşılanıb, minlərlə azərbaycanlı ona etiraz edib.

Politoloq İlyas Hüseynov AYNA-ya şərhində deyib ki, Ermənistanda ciddi şəkildə panika və isteriya müşahidə olunur: "Ermənistan tərəfi bütün mümkün imkanlardan istifadə edərək haqlı olduğunu və Azərbaycanın Ermənistan ərazisinə daxil olması ilə bağlı bütün dünyaya car çəkir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə davamlı olaraq bu məsələni müzakirə edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında da mütəmadi danışıqlar aparılır. Burada əsas məqam iyun ayında Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Ermənistanın rəsmi dairələri seçkiöncəsi vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır”.

"Ermənistan tərəfi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanlayıb və iddia edir ki, guya Ermənistanın suverenliyi və ərazi bütövlüyü təhdid altındadır. Əslində isə Qaragöl ətrafında yaranmış vəziyyət Azərbaycan sərhədçilərinin burada düzgün möve tutduqlarını deməyə əsas verir. Çünki hər iki ölkə müstəqillik əldə etdikdən sonra dövlət sərhədi məfhumu olmayıb. Üçtrəfli 10 noyabr bəyanatından sonra Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb. Eyni zamanda Zəngilan və Qubadlı rayonlarında da yeni sərhəd gerçəkliyi formalaşıb. Ermənistan tərəfi bu reallıqları qəbul etməli və barışmalıdır. Bundan sonra Azərbaycan sərhədləri sözügedən ərazilərdən keçəcək. Azərbaycan sərhədçiləri bu ərazilərdə sərhədlərimizi qoruyacaq. Ermənistan bu reallığı nə qədər tez qəbul etsə, bölgədə sülhün və əmin-amanlığın qorunması bir o qədər tez mümkün olacaq”, – deyə həmsöhbətimiz bildirib.

Hüseynovun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın Ermənistanın ərazilərini "işğal etməsi” ilə bağlı son açıqlaması ikitərəfli münasibətlərə ciddi şəkildə xələl gətirir: "Reallıqdan kənar siyasi bəyanatın verilməsi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransanın mandatı məsələsini də gündəmə gətirir. Onsuz da Minsk Qrupunun fəaliyyətindən Azərbaycan narazı idi və belə bir məqamda Fransanın konkret tərəf olduğunu açıq şəkildə bəyan etməsi yeni situasiya yaradır. 44 günlük Vətən müharibəsi zamanı da Fransa ermənipərəst mövqe ortaya qoyurdu. Makronun açıqlaması Azərbaycanla yanaşı, həm də Türkiyəyə ünvanlanmış mesajdır. Çünki həm Şərqi Aralıq dənizində, həm Yaxın Şərqdə, həm də Şimali Afrikada Türkiyənin ədalətli mövqeyi, sülhü qorumağa yönəlik addımları və milli strateji maraqları Fransanı narahat edir. Bu xüsusda ziddiyyətlər, ixtilaflar, konfrantasiyalar meydana gəlir”.

"Türkiyənin Cənubi Qafqazda marağının olması, Azərbaycanla qardaşlıq münasibətləri də Fransanı dərindən narahat edir. Makronun cari açıqlaması bu siyasi xəttin davamıdır. Düşünürəm ki, istənilən halda tərəflər arasında yaranmış gərginliyin diplomatik yollarla və sülh şəraitində həlli mühüm əhəmiyyət kəsb edir. Yeni reallıqlar formalaşıb və həm Ermənistan, həm də onu himayə edən dövlətlər bunun nəzərə almalıdırlar”, - deyə analitik vurğulayıb.

Onun fikrincə, sərhəd zolağının müəyyənləşdirilməsi müəyyən zaman alacaq: "Baxmayaraq ki, Gorus-Qafan yolunun 21 km-lik ərazisinə Azərbaycan tərəfi nəzarət edir, lakin humanistlik nümayiş etdirərək gediş-gəlişə hər hansı maneçilik yaratmır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır. Rəsmi Bakı Rusiya ərazisində təmir-bərpa işləri ilə əlaqədar mavi yanacağın Azərbaycan vasitəsilə Ermənistana ötürülməsinə razılıq verib. Digər məqamlar da var ki, burada qeyd edilə bilər. Buna görə Ermənistan Azərbaycana minətdar olmalıdır”.

Politoloq əlavə edib ki, Azərbaycan qarşıdakı dövrdə öz hərbi potensialını artırmalı, sərhədlərimizin etibarlı şəkildə mühafizəsini təşkil etməli, hərbi qulluqçularımızın maddi-texniki təminatını daha da yüksəltməlidir: "Biz çox güclü olmalıyıq ki, istənilən təxribatların, diversiya qruplarının həmlələrinin və müxtəlif xoşagəlməz halların, sülhə və təhlükəsizliyə təhdid törədən maneələrin qarşısını uğurla ala bilək”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər