Gündəm

Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...
"Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır".

MUMtv.az  Moderator.az-a istinadən  xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu sözləri Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik mərzinin(keçmiş Gorus rayonu) sərhədində yerləşən Xoznavar kəndinin sakinləri söyləyib.

"..."Zangezur TV”-nın yaydığı xəbərə görə, Azərbaycan Silahlı Qüvvələri Tex(yaxud Dığ-S.L.) icmasına doğru irəliləyib və Xoznavar kəndinin yüksəkliklərində yerləşib. Nəticədə icmanın bir hissəsi olan Xoznavar kəndi birbaşa Azərbaycan qüvvələrinin hədəfində qalıb.

İcma sakinləri bildiriblər ki, kənd hazırda Azərbaycan mövqelərindən 2 kilometr məsafədədir.

"Azərbaycanlılar erməni hərbçilərinin gözü qarşısında kəndin otlaqlarını ələ keçirərək irəliləyiblər. Erməni əsgərlər atış əmrinin olmadığını söyləyiblər. Bizə, kəndlilərə silah paylansın, biz özümüzü qoruyacağıq, ordumuzun yanında duracağıq"- Xoznavar kəndindən olan Sevada Alaverdyan belə deyib.

Hrayr Avanesyan da həmkəndlisini dəstəkləyib.
"Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır. Ya biz, ya da onlar. Qaçacağımız bir yerimiz yoxdur, öz torpaqlarımızdayıq", - deyə erməni bildirib.

Çoban Vrej Abrahamyan da "mühafizəsi üçün" silah tələb edib. Onun sözlərinə görə, mayın 20-də otlaqda mal-qara otararkən "təpədən-dırnağa silahlanmış" 30-40 azərbaycanlı hərbçi görüb.

"Qaragöl tərəfdən bir neçə kilometr bəri gələrək kəndimizə çatdılar. Dedilər ki, onlara belə bir əmr var. Dönmələri üçün əmr veriləndə geri dönəcəklər"- Rusiya nəşrinin müxbiri çobanın sözlərini belə tərcümə edib.

Abrahamyanın sözlərinə görə, azərbaycanlılar içməli su mənbəyində mövqe tutub və "kəndlilər artıq bu sudan istifadə etmirlər, suyu kənddən bir az aralıdan götürürlər".

"Azərbaycanlıların postu kənddən görünür, bayraqlarını da orada ucaldıblar"- deyib daha bir kənd sakini. Onun sözlərinə görə, "aşağıda, Qaragölün yaxınlığında, minlərlə Azərbaycan hərbçisi toplanıb. "Onlar birbaşa içməli suyumuzun mənbəyinə eniblər. Artıq heyvanları da otlaqlara çıxarmırıq, kənddə saxlayırıq"- deyə erməni kəndli əlavə edib.

Azərbaycan qoşunları "İşxanasar”(İşıqlıdağ) yüksəkliklərindən enərək Ermənistanın yaşayış məntəqələrinin yaxınlığına nüfuz ediblər”- deyə icma rəhbəri Varo Qriqoryan jurnalistə verdiyi şərhdə bildirib. Onun sözlərinə görə, "kənddən olan könüllülər də erməni hərbçilərin yanındadır.

Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...
Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...
Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi...

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər