Gündəm

Minlərlə Türkiyə TIR-ı həftələrdir Rusiya-Gürcüstan sərhədində qalıb
MUMtv.az: - Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib. Virtualaz.org xəbər verir ki, sürücülər "Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar. Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır. Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir.

Uzunluğu 150-200 kilometrə çatan növbədə gözləyən mindən artıq türkiyəli TIR sürücüsü qida, isinmə, təmizlik sarıdan çox ciddi sıxıntılar yaşadıqlarını, ərzaqlarının bitdiyini, həftələrdir çimmədiklərini deyirlər. Onlar artıq bir aya yaxındır bu acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər.

"Rusiyalı məmurlar bizimlə maraqlanmırlar. Sərhəd-keçid məntəqəsindən digər xarici ölkə TIR-larının keçidi isə davam edir. Dağ başında və yol kənarında minlərlə TIR-ın içərisində minlərlə türkiyəli şofer yaşamaq uğrunda mübarizə aparır. Bölgədə yaşayan əhalinin gətirdiyi su və çörəklə qidalanırıq. Tualet yoxdur, həftələrdir çimmirik və acınacaqlı haldayıq. TIR növbəsinin uzunluğu 150 kilometri keçib”,-sürücülər deyirlər.
Sürücülərdən Mehmet Savu bildirir ki, əvvəllər də Yuxarı Lars sərhəd-keçid məntəqəsində problemlərlə üzləşirdilər, amma indiki vəziyyətlə üzləşməmişdilər. "Ruslar deyir xoşunuza gəlmirsə buradan keçməyin. Mən Türkiyədən 55 gün əvvəl çıxmışam və 18 gündür burada gözləyirəm. TIR-larımızın borcu və sığorta ödəmələri var. İçməyə su, yeməyə çörək tapmırıq...”,-o deyib.

Qeyd edək ki, bu günlərdə Rusiya koronavirusun geniş yayıldığını əsas gətirərək Türkiyəyə bütün uçuşları dayandırıb. Nəticədə milyonlarla rusiyalı turistin Türkiyə kurortlarına getməsinin yolu kəsilib.// Virtualaz.org

Son xəbərlər

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Bütün xəbərlər