Cəmiyyət
Cəmiyyət / Sosial
Gürcüstandan daha 200 azərbaycanlı təxliyə olunacaq
Avqustun 8-də Gürcüstandan 200 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi həyata keçiriləcək.
Mumtv.az bildirir ki,bu barədə Axar.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə olunan şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşamaq hüququ olan gürcüstanlı soydaşlarımız da var.
Onlar avqustun 7-də Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçiriləcəklər. COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək.
Təxliyə olunan şəxslər səfirliyin təşkilatçılığı ilə avtobuslarla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə mindən çox azərbaycanlı Azərbaycana çatdırılıb.